QISA BİOQRAFİK MƏLUMAT
- 1971-ci ilin dekabrın 25-də Biləsuvar rayonunun İsmətli kəndində anadan olub.
- 1980-1989-ci illərdə Biləsuvar rayonunun İsmətli kənd orta məktəbində təhsil alıb.
- 1989-1991-ci illərdə Uzaq Şərq Hərbi Dairəsində hərbi xidmətdə olub.
- 1992-1998-ci illərdə Nizami adına kolxozda briqadir köməkçisi vəzifəsində çalışmışdır.
- 1998-2002-ci illərdə ABU-nun Xarici dil (İngilis dili müəllimliyi ixtisası üzrə) fakültəsində təhsil alıb.
- 2002-2005-ci illərdə ABU-nun magistratura (dilşünaslıq istiqaməti üzrə) şöbəsini fərqlənmə diplomu ilə bitirib.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 2016-2018- illərdə BDU-nun Ümumi dilçilik kafedrasının dissertantı.
- 20 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Bakı Slavyan Universiteti nəzdində fəaliyyət göstərən ED 2.13 dissertasiya şurasında Filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün müdafiəni müvəffəqiyyətlə başa vurmuşdur (Tədqiqatın mövzusu: “Azərbaycan və ingilis dillərində kəmiyyət elementli frazeoloji birləşmələrin semantikası”).
ƏMƏK FƏALİYYƏTİ
- 2005-2007-cu illərdə ABU-da müəllim.
- 2007-2008-ci illərdə ADU-da saat hesabı qaydada müəllim.
- 2008-2012- ci illərdə BDU- da saathesabı müəllim
- 2009-2010- cu illərdə ABU-da müəllim. Dekan müavini vəzifəsində çalışmışdır
- 2012-2015-ci illərdə BDU-da İngilis dili (humanitar fakültələr üzrə) kafedrasında 0.5 ştat müəllim.
- 2015-2016-cı illərdə İngilis dili(humanitar fakültələr üzrə) kafedrasında 1,0 ştat müəllim.
- 2016-2018 -ci illərdə BDU-nun Ümumi dilçilik kafedrasının dissertantı.
- 2016-cı ildən hal-hazıra kimi BDU-nun İngilis dili(humanitar fakültələr üzrə) kafedrasında kafedra müdirin müavini.
- 2016-ci ilin oktyabr ayından BDU-nun İngilis dili(humanitar fakültələr üzrə) kafedrasında baş müəllim.
TƏDQİQAT SAHƏSİ - Müqayisəli- tarixi və müqayisəli- tipoloji dilçilik. Frazeologiyanın tədqiqat tarixinə müxtlif aspektlərdən baxış.
- Kəmiyyət elementli frazeoloji birləşmələr. Kəmiyyət elementli frazeoloji birləşmələrlə bağlı dərsliklərin, dərs vəsaitlərinin, monoqrafiyaların hazırlanması.
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
- 2016, Sumqayıt, Azərbaycan. Müasir dilçiliyin aktual problemləri.Beynəlxalq elmi konfrans.
- 2018, Bakı, Azərbaycan. Doktorantların və gənc tədqiqatçıların XXI Respublika Elmi konfrans.
- 2018, Bakı, Azərbaycan. BDU-da ingilis dili müəllimlərinin stajkeçmə treninqi.