QISA BİOQRAFİK MƏLUMAT
1964-cü il yanvarın 22-də Bakı şəhərində anadan olub.
1970-1980-ci illərdə Bakı şəhəri 135 saylı orta məktəbdə təhsil alıb.
1980-1985-ci illərdə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsində “Orta məktəbdə ingilis və alman dili müəllimi” ixtisası üzrə təhsil alıb və fərqlənmə diplomu ilə bitirib.
1984-cü ildə Almaniya Demokratik Respublikasının Yena şəhərində Fridrix Şiller adına Universitetdə Xarici Dillərin Təkmilləşdirilməsi kursunu bitirib.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
2002-ci ildə “Çoxdilli terminoloji lüğətlər və onların tərtibi prinsipləri (Azərbaycan, ingilis, rus, alman və fransız dilləri materialları əsasında)” adlı dissertasiya müdafiə edib
və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2006-cı ildə dosent elmi adını alıb.
ƏMƏK FƏALİYYƏTİ
1986-1987-ci illərdə Bakı şəhəri S.M.Kirov adına mədəniyyət sarayında “İngilis dili ədəbiyyatı” dərnəyinin rəhbəri.
1987-1999-cu illərdə Azərbaycan Politexnik İnstitutunun “Xarici dillər” kafedrasının tam ştat müəllimi.
1999-2013-cü illərdə Azərbaycan Dillər Universitetinin “İngilis dilinin leksikası və ölkəşünaslıq” kafedrasının tam ştat dosenti.
2013-cü ildən hal-hazıra kimi Bakı Dövlət Universitetinin “İngilis dili” (humanitar fakültələr üzrə) kafedrasının tam ştat dosenti.
TƏDQİQAT SAHƏSİ
İngilis dili dərslərində müxtəlif növ öyrənmə metodlarının inteqrasiyası
İngilis dili dərslərində kommunikativ, interaktiv metodların istifadəsinin üstünlükləri
ESP (xüsusi məqsədlər üçün ingilis dili)
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KEÇDİYİ KURSLAR, TRENİNQLƏR
2005, Bakı, Azərbaycan. Tərcümə və Transmilli Proseslər (Beynəlxalq konfrans, Bakı, 14-15 aprel, 2005, səh.32, Azərbaycan Dillər Universiteti)
2012, Bakı, Azərbaycan.Xarici dillərin tədrisinin Aktual Problemləri V Respublika Elmi Konfransının Materialları (Bakı, 7-8 iyun, 2012, səh.70, Azərbaycan Dillər Universiteti)
2012, Bakı, Azərbaycan. Tətbiqi Dilçiliyin Müasir Problemləri (Beynəlxalq Elmi konfrans, 27-28 noyabr, 2012, səh.40, Azərbaycan Dillər Universiteti)
2016, Bakı, Azərbaycan. Motivasyon və Verimli Çalışma Yöntemləri (Sertifikat) (Aşkım Kapışmag, Türkiyə Akademi), Bakı, 01.05.2016