QISA BİOQRAFİK MƏLUMAT
1975-ci il iyul ayının 16-da Bakı şəhərində anadan olub.
1982-1992-ci illərdə Şirvan (Əli Bayramlı) şəhəri 9 saylı orta məktəbdə təhsil alıb və orta məktəbi gümüş medalla bitirib.
1992-1997-ci illərdə Azərbaycan Dövlət Dillər İnstitutunun İngilis-fransız dilləri fakültəsində təhsil alıb.
2000-ci ildən Bakı Dövlət Universitetində çalışır.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
2017-ci ildən BDU-nun Ümumi dilçilik kafedrasının qiyabi doktorantıdır və “Deskriptiv dilçilikdə metod və modellər” mövzusunda dissertasiya üzərində araşdırma aparır.
ƏMƏK FƏALİYYƏTİ
1997-2006-cı illərdə “Respublika” qəzetində tərcüməçi-korrektor.
2000-2011-ci illərdə BDU-nun İngilis dili kafedrasında saathesabı müəllim.
2006-2010-cu illərdə Azərbaycan Beynəlxalq Universitetinin İngilis dili kafedrasında tam ştat ingilis dili müəllimi.
2010-2012-ci illərdə Bakı Slavyan Universitetinin Qərbi Avropa dilləri kafedrasında saathesabı ingilis dili müəllimi.
2012-2018-ci illərdə BDU-nun İngilis dili (humanitar fakültələr üzrə) kafedrasında 0.5 ştat ingilis dili müəllimi.
2018-ci ilin fevralından BDU-nun İngilis dili (humanitar fakültələr üzrə) kafedrasının baş müəllimi.
TƏDQİQAT SAHƏSİ
Deskriptiv dilçilikdə metod və modellər
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
2013, American English Webinar Course 10,11
2014, American English Webinar Course 4,9
2015, American English Webinar Course 15
2018, BDU-nun Təkmilləşdirmə kursunda