QISA BİOQRAFİK MƏLUMAT
1969-cu ildə Bakı şəhərində anadan olub
1976-1984-cü illərdə Bakı şəh. Xətai r-nu 260 saylı orta məktəbində təhsil almışdır
1984-1987 Bakı şəhəri Binəqədi rayonu, 67 saylı OTPM, avtoelektrik ixtisası, fərqlənmə ilə bitirib.
1987-1989-cu illərdə Ukraynanın Çerniqov, sonra isə Dnepropetrovsk vilayətlərində hərbi xidmətdə
olub.
1990-1993-cü illərdə Bakı şəhəri 2714 saylı avtodəstə, avtoelektrik
1993-1997-ci illərdə Bakı Dövlət Universitetində Filologiya fakültəsi, bakalavr, fərqlənmə ilə bitirib
1997-1999 Bakı Dövlət Universitetində Filologiya fakültəsi, magistratura pilləsi, fərqlənmə ilə bitirib
2000-2003-cü illərdə Bakı Dövlət Universitetinin Dünya ədəbiyyatı kafedrası üzrə əyani aspiranturada
təhsil alıb
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
2005-ci ildə Azərbaycan Dillər Universitetində 10.01.01 – Azərbaycan ədəbiyyatı və 10.01.03 – Dünya
ədəbiyyatı ixtisasları üzrə “Azərbaycan və Qərbi Avropa dastan əlaqələri“ mövzusunda dissertasiya
müdafiə edib.
2006-cı ildə filologiya elmləri namizədi elmi dərəcəsi alıb.
ƏMƏK FƏALİYYƏTİ
2000-2002-ci illərdə Bakı Asiya Universiteti, əvəzçilik üzrə müəllim
2004-2009-cu illərdə Bakı Dövlət Universiteti,“Dədə Qorqud” ETL-i, baş laborant (0,5 şt.)
2007-2009-cu illərdə Bakı Dövlət Üniversiteti, Xarici əlaqələr departamentinin Konsul-protokol
şöbəsində 0,5 ştat əvəzçilik üzrə mütəxəssis
2007-2009-cu illərdə Azərbaycan Turizm İnstitutu, əvəzçilik üzrə müəllim
2009-2016-cı illərdə “Dədə Qorqud” ETL-i, elmi işçi
2016-2021-ci illərdə“Dədə Qorqud” ETL-i, böyük elmi işçisi.
2021-ci ildən Dünya ədəbiyyat kafedrasının baş müəllimi.
TƏDQİQAT SAHƏSİ
Komparativistika (Azərbaycan və dünya ədəbiyyatı nümunələrinin tipoloji və genetik tədqiqi)
Mediyevistika
Qədim və müasir dünya ədəbiyyatı
Mifologiya
Tərcümə problemləri
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
2001, Bakı, Azərbaycan. Aspirantların və gənc tədqiqatçıların VII Respublika Elmi konfransı
2002, Bakı, Azərbaycan. AMEA Nəsimi adına Dilçilik Institutunun Gənc Alimlər Şurası və Bakı
Dilçilik Mərkəzinin AMEA-nm müxbir üzvü, f.e.d., prof. A.A.Axundovun 70 illik yubileyinə
həsr olunmuş elmi konfrans
2003, Bakı, Azərbaycan. «Elmi-mədəni tərəqqi və qadın» mövzusuna həsr olunmuş elmi konfrans
2009, Bakı, Azərbaycan. BDU-nun 90-illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans
2015, Tiflis, Gürcüstan. Partner Action Capacity Training (PACT) in Caucasus üzrə treninq
iştirakçılarının yekun konfransı (iştirakçı sertifikatı)
2017, Пенза, Российская Федерация. XV Международная научно-практическая конференция
World Science: Problems and Innovations (həmmüəlliflə)