QISA BİOQRAFİK MƏLUMAT
- 1990-cı il avqustun 26-da Sumqayıt şəhərində anadan olub.
- 1997-2008-ci illərdə Sumqayıt şəhər 5 saylı orta məktəbdə təhsil alıb.
- 2008-2012-cı illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr pilləsində təhsil alıb
- 2012-2014-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 2018-ci ildən BDU-nun Azərbaycan dilçiliyi kafedrasının dissertantıdır.
ƏMƏK FƏALİYYƏTİ
- 2016-ci ildən BDU-nun Azərbaycan dili və nitq mədəniyyəti kafedrasında laborant.
- 2017-ci ildən BDU-nun Azərbaycan dili və nitq mədəniyyəti kafedrasında saathesabı müəllim
TƏDQİQAT SAHƏSİ
- Azərbaycan dili
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
- 2013, Bakı Dövlət Universitetində " Görkəmli alim,pedaqoq, ədəbiyyatşünas və publisist Firidun bəy Köçərlinin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş Respublika Elmi Konfransı
- 2014, Bakı Dövlət Universitetində "İlyas Əfəndiyevin anadan olmasının" 100 illik yubileyinə həsr olunmuş Respublika Elmi-Nəzəri konfransı
- 2016, Bakı Dövlət Universitetində “Birinci Türkoloji Qurultayın 90 illik yubileyinə həsr olunmuş Müasir Türkologiya: Dünən, bu gün və sabah ( problemlər və perspektivlər) Respublika Elmi-nəzəri Konfransı
- 2019, Bakı, Azərbaycan. BDU-nun Filologiya fakültəsinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyasının inkişafında Bakı Dövlət Universitetinin rolu” mövzusunda beynəlxalq elmi konfrans.
- 2020, Bakı, Azərbaycan. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan filologiyası” mövzusunda Respublika virtual elmi konfransı, 22 may.
- 2021, Bakı, Azərbaycan. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Heydər Əliyevin azərbaycançılıq ideologiyası filoloji fikir kontekstində” mövzusunda respublika elmi konfransı, 17 may.
- 2021, Bakı, Azərbaycan. V. ULUSLARARASI TÜRKLERİN DÜNYASI SOSYAL BİLİMLER SEMPOZYUMU. 05-08 Ağustos
- 2022, Bakı, Azərbaycan. Təhsin Mütəllimovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı. 30 aprel
- 2022, Bakı, Azərbaycan. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-ci ildönümünə həsr olunmuş “Heydər Əliyevin azərbaycançılıq ideologiyası filoloji fikir kontekstində” mövzusunda respublika elmi konfransı, 12 may.
- 2022, Komrat, Maldoviya. V. ULUSLARARASI TÜRKLERİN DÜNYASI SOSYAL BİLİMLER SEMPOZYUMU. 13-15 MAY