QISA BİOQRAFİK MƏLUMAT
- 1969-cu il fevralın 3-də Bakı şəhərində anadan olub.
- 1976-1986-cı illərdə Göyçay rayonu Bığır kənd orta məktəbində təhsil alıb.
- 1987-1992-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
- 1987-ci ildən BDU-da işləyir.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 2007-2011-ci illərdə BDU-nun Azərbaycan ədəbiyyatı kafedrasının əyani doktorantı olub.
- 2012-ci ildə “Azərbaycan bədii nəsrində sosial-psixoloji problemlər (S.Əhmədli və A.Məmmədovun
yaradıcılığı əsasında)” adlı dissertasiya işini müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi
dərəcəsini alıb.
ƏMƏK FƏALİYYƏTİ
- 1987-2003-cü illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi, Ərəb filologiyası kafedrasında
laborant. - 2003-2012-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsi dekanlığında iş icraçısı.
- 2012-2014-cü illərdə BDU-nun Azərbaycan dili və ədəbiyatının tədrisi metodikası kafedrasında
müəllim. - 2014-cü ildən Bakı Dövlət Universitetinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının
müəllimidir.
TƏDQİQAT SAHƏSİ
- Azərbaycan dili və nitq mədəniyyəti
- Müasir Azərbaycan ədəbiyyatı
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
- 2001, Bakı, Azərbaycan, Məmməd Mübariz Əlizadənin anadan olmasının 90 illiyi münasibəti ilə elmi
konfransı - 2002, Bakı, Azərbaycan, Vasim Məmmədəli oğlu Məmmədəliyevin anadan olmasının 60 illik yubileyinə
həsr edilmiş, Şərqşünaslığın aktual problemləri, respublika elmi konfransı - 2004, Bakı, Azərbaycan, Azərbaycan filologiyası, Gənc tədqiqatçıların elmi konfransı
- 2006, Bakı, Azərbaycan, AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi, filologiya elmləri doktoru,
professor Tofiq İsmayıl oğlu Hacıyevin anadan olmasının 70 və elmi fəaliyyətinin 50 illiyi münasibətilə
«Filologiyanın aktual problemləri» mövzusunda elmi-nəzəri konfransı - 2008, Bakı, Azərbaycan, «Yazıçı və zaman» Mir Cəlalın 100 illik yubileyinə həsr olunmuş elmi
konfransı - 2010, Bakı, Azərbaycan, Doktorantların və gənc tədqiqatçıların XV Respublika elmi konfransı
- 2011, Bakı, Azərbaycan, Abbas Zamanovun 100 illik yubileyinə həsr olunmuş «Müasir Azərbaycan
filologiyası: axtarışlar, problemlər, perspektivlər» mövzusunda Respublika elmi konfransı - 2014, Bakı, Azərbaycan, Azərbaycanın xalq yazıcısı, respublika dövlət mükafatı laureatı, görkəmli
dramaturq İlyas Məmməd oglu Əfəndiyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş
Respublika elmi konfransı - 2016, Bakı, Azərbaycan, BDU. Birinci Türkoloji Qurultayın 90 illik yubileyinə həsr olunmus “Müasir
Türkologiya: Dünən, bu gün və sabah (problemlər və perspektivlər)” mövzusunda Respublika elmi
konfransı - 2017, Bakı, Azərbaycan, BDU. “İslam həmrəyliyi-2017: Reallıqlar və perspektivlər” Respublika elmimetodik konfransı
- 2018, Bakı, Azərbaycan, BDU. Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyevin anadan
olmasının 95-ci ildönümünə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda Respublika
elmi-nəzəri konfransı