QISA BİOQRAFİK MƏLUMAT
- 1979-cu il yanvarın 15-də Bakı şəhərində anadan olub.
- 1985-1995-ci illərdə Bakı şəhəri 144 №-li orta məktəbdə təhsil alıb.
- 1995-1999-cu illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr pilləsini
“Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. - 1999-2001-ci illərdə BDU-nun Filologiya fakültəsinin magistratura pilləsini “Azərbaycan dilçiliyi ixtisaslaşması üzrə fərqlənmə diplomu ilə bitirib.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 2001-2005-ci illərdə BDU-nun Müasir Azərbaycan ədəbiyyatı kafedrasının qiyabi aspirantı olub.
- 2006-cı ildə “XX əsr Azərbaycan poemalarında lirik ricətlər sistemi (S.Vurğunun, M.Müşfiqin və
B.Vahabzadənin əsərləri üzrə)” adlı dissertasiya işini müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi
dərəcəsini alıb. - 2009-cu ildə dosent elmi adını alıb.
ƏMƏK FƏALİYYƏTİ
- 2001-2008-ci illərdə Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası
kafedrasında müəllim. - 2009-2014-cü illərdə Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası
kafedrasında dosent. - 2014-cü ildən Bakı Dövlət Universitetinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının dosentidir.
TƏDQİQAT SAHƏSİ
- Azərbaycan ədəbiyyatşünaslığı, lirik ricət problemi
- Azərbaycan dili və nitq mədəniyyəti
- Üslubiyyat
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
- 2018, Bakı, Azərbaycan. BDU. Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş elmi
konfrans.