QISA BİOQRAFİK MƏLUMAT
- 1964-ci il noyabrın 28-də Bakı şəhərində anadan olub.
- 1972-1982-ci illərdə Xirdalan şəhəri №-li tam orta məktəbdə təhsil alıb.
- 1986-1993-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.
- 1993-cü ildən Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasında çalışır.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 1994-1998-cü illərdə BDU-nun Azərbaycan dilçiliyi kafedrasının dissertantı olub.
- 1997-cü ildə «Azərbaycan dilinin ictimai-siyasi terminologiyası» mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
- 2007-cı ildə dosent elmi adını alıb.
- 2010-ci ildə «Azərbaycanda dil quruculuğu» mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə elmlər doktoru elmi dərəcəsi alıb.
- 2016-ci ildə professor elmi adını alıb.
ƏMƏK FƏALİYYƏTİ
- 1993-2001-ci illərdə BDU-nun „Azərbaycan dilini təcrübi məsələləri“ETL-də kicik elmi işçi.
- 2001-2005-ci illərdə BDU-nun „Azərbaycan dilini təcrübi məsələləri“ETL-də böyük elmi işçi.
- 2005-2008-ci illərdə BDU-nun „Azərbaycan dilini təcrübi məsələləri“ETL-də aparıcı elmi işçi.
- 2008-2013-cü illərdə BDU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti.
- 2013-2016-cı illərdə BDU-nun Azərbaycan dilçiliyi kafedrasının professor əvəzi.
- 2016-2019-cu illərdə BDU-nun Azərbaycan dilçiliyi kafedrasının professoru.
- 2019-cu ildən BDU-nun Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri.
TƏDQİQAT SAHƏSİ - I Bakı Türkoloji Qurultay
- Dil quruculuğu məsələlə
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
- 1995, Bakı, Azərbaycan. M.Ə.Rəsulzadə adına BDU-nun aspirant və gənc tədqiqatçıların elmi konfransı
- 2001, Bakı, Azərbaycan. Prof.Məmməd Mübariz Əlizadənin anadan olmasının 90 illiyinə həsr olunmuş Respublika elmi konfransı.
- 2010, Bakı, Azərbaycan. Cəfər Xəndan Hacıyevin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi-nəzəri konfransı.
- 2011,Bakı, Azərbaycan.Nitq mədəniyyəti və terminologiyanın aktual problemləri Respublika elmi-nəzəri konfransı.
- 2012,Bakı, Azərbaycan. Akademik Vasim Məmmədəliyevin 70 illiyinə həsr olunmuş Respublika elmi konfransı.
- 2013,Bakı, Azərbaycan. BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Filologianın aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfransı.
- 2014,Bakı, Azərbaycan. M.Ə.Rəsulzadənin anadan olmasının 130 illik yubileyinə həsr olunmuş “Filologianın aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfransı. I Türkoloji qurultayın 80 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.
- 2014,Bakı, Azərbaycan. Bakı Universitetini yaranmasını 95 illik yubileyinə həsr olunmuş “Filologianın aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfransı.
RƏSMİ OPPONENTLİK (2019/2024)
- Mehdiyeva Mətanət Bahadur qızı: “Professor Zərifə Budaqova və Azərbaycan dilçiliyi» (111.2021-ci il)
- Zeynalov Ramil Saməddin oğlu: "Mahmud Kaşğarinin “Divanü lüğət-it-türk”əsərində işlənən atalar sözləri və məsəllərin sintaktik xüsusiyyətləri" (03.2021-ci il)
- Salmanova Könül İsrafil qızı: “Layla və oxşamaların dili” (11.2021-ci il)
- Ağasiyeva Mətanət Səfər qızı: “Qantəmirin nəsr dili” (17.12.2021)
- Alməmmədova Səbinə Məmməd qızı: "Müasir Azərbaycan dilində alınma terminlərin unifikasiyası və standartlaşdırılma formaları" (10.2019)
- İmaməliyeva Günay Sərdar qızı: “Oğuznamə”də feilin zaman kateqoriyası (11.2021)
- Ülkər Heydər qızı Aslanova: “Yusif Seyidovun dilçilik fəaliyyətində sintaksis" (20.10.2021)
- Həsənova Könül Nəriman qızı: “Azərbaycan nəsr mətnlərində linqvistik qənaət prinsipinin təzahür səviyyələri” (09.2022)
- Flora Kamran qızı Namazova: "İlyas Əfəndiyevin dramaturgiya dili" (13.04.2021)
- Mehri Tofiq qızı İmanquliyeva: “Professor Afad Qurbanovun dilçilik görüşləri" (07.2022)
- Nabat Fuad qızı İbrahimova: “Qədim türk yazılı (run) abidələrində zaman və məkan məzmunlu sözlərin semantikasi (Azərbaycan dili ilə müqayisədə)” (25.05.2022)
- Sevinc Tofiq qızı Kərimova qızı: “Azərbaycan dilində sintaktik frazeoloji konstruksiyaların nəzəri əsasları» (08.06.2022)
- Nağdəli Tapdıq oğlu Zamanov: “Heydər Əliyev nitqinin arxitektonikası, ekspressivliyi və üslubi-qrammatik xüsusiyyətləri” (11.10.2024)
- Əhmədzadə Osman Azad oğlu: “Akademik Tofiq Hacıyevin filoloji görüşləri” (22.10.2024)
- Ləman Həsənəli qızı “Müasir Azərbaycan ədəbi dilində turizm terminologiyasının formalaşması və inkişafı” (27.02.2025)
- Dilarə Rüstəm qızı Quliyevanın“ Müasir Azərbaycan dilində aktual üzvlənmə və mətnin kondensasiyası (sıxılma)» (11.04.2025)
İCTİMAİ ƏSASLARLA FƏALİYYƏTİ
- Bakı Dövlət Universiteti Filologiya fakültəsinin Elmi Şurasının üzvü
- Sumqayıt Dövlət Universiteti nəzdində Dissertasiya Şurasının üzvü
- Sumqayıt Dövlət Universitetinə təşkil edilmiş “Elmlərarası inteqrasiya və psixolinqvistik aspektlər” mövzusunda beynəlxalq elmi konfransın təşkilat komitəsinin üzvü (19-20 dekabr 2019-cu il)
- BDU-da "Füzuli yaradıcılığı: ideya, üslub, poetika problemləri mövzusunda respublika elmi konfransının təşkilat komitəsinin üzvü (25 dekabr 2024-cü il)