QISA BİOQRAFİK MƏLUMAT
1948-ci il iyulun 7-də Göyçay rayonunda anadan olub.
1954-1965-ci illərdə Göyçay rayonu 1 №-li tam orta məktəbdə təhsil alıb.
1965-1970-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.
1973-cü ildən Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasında çalışır.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1970-1973-cü illərdə BDU-nun Azərbaycan dilçiliyi kafedrasının aspirantı olub.
1973-cü ildə «Müasir Azərbaycan dilində ara söz və söz birləşmələri» mövzusunda dissertasiya müdafiə
edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
1990-cı ildə dosent elmi adını alıb.
2012-ci ildə «Müasir Azərbaycan dilində əvəzliklər» mövzusunda dissertasiya müdafiə edib və
filologiya üzrə elmlər doktoru elmi dərəcəsi alıb.
2015-ci ildə professor elmi adını alıb.
ƏMƏK FƏALİYYƏTİ
1973-1975-ci illərdə BDU-nun Azərbaycan dilçiliyi kafedrasında baş laborant.
1975-1990-ci illərdə BDU-nun Azərbaycan dilçiliyi kafedrasında müəllim və baş müəllim.
1990-2015-ci illərdə BDU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti.
2015-ci ildən BDU-nun Azərbaycan dilçiliyi kafedrasının professoru.
TƏDQİQAT SAHƏSİ
Azərbaycan dilinin qrammatik quruluşu
Türk dillərində əvəzliklər
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
1998, Bakı, Azərbaycan. Azərbaycan Xalq Cumhuriyyətinin 80 illiyinə həsr olunmuş Respublika elmi konfransı.
1998, Bakı, Azərbaycan. BDU-nun 80 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.
2006, Bakı, Azərbaycan. I Türkoloji qurultayın 80 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.
2010, Bakı, Azərbaycan. BDU-da Ümummilli Lider Heydər Əliyevin 87 illik yubileyinə həsr olunmuş Respublika elmi-nəzəri konfransı.
2011, Bakı, Azərbaycan. BDU-da Azərbaycan Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsrolunmuş “Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfransı.
2011, Bakı, Azərbaycan. BDU-da görkəmli ədəbiyyatşünas Abbas Zamanovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.
2013, Bakı, Azərbaycan. BDU-da professor Bəkir Çobanzadənin anadan olmasının 120 illik yubileyinə həsr olunmuş “Bəkir Çobanzadə və türkologiyanın müasir problemləri” mövzusunda Respublika elmi konfransı.
2013, Bakı, Azərbaycan. BDU-da Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Filologianın aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfransı.
2014, Bakı, Azərbaycan. BDU-da Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.
2015, Sarayevo, Bosniya-Hersoqovina. Türkiyənin İhsan Doğramacı Bilkənd Universiteti ilə BosniyaHersoqovinanın Sarayevo Universitetinin birgə keçirdiyi X Uluslarası Böyük Türk Dili Qurultayı.
2015, Bakı, Azərbaycan. BDU-da Xalq şairi B.Vahabzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfransı.
2016, Bakı, Azərbaycan. Akademik Tofiq Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş elmi konfransı.
2016, Konya, Türkiyə. VI Beynəlxalq Müqayisəli Ədəbiyyatşünaslıq Konqresi.
2017, Qars Türkiyə. Beynəlxalq xalq ədəbiyyatı simpoziumu.
2017, Malatya, Türkiyə. IX Uluslararası Dünya Dili Türkcə Simpoziumu (02-05 noyabr).
2018, Polşa, Varşava. XIII Uluslarası Böyük Türk Dili Qurultayı (dəvət olunub).