QISA BİOQRAFİK MƏLUMAT
1958-ci il mart ayının 27-də Neftçala rayonunda anadan olub.
1965-1975-ci illərdə Neftçala şəhəri 1 saylı orta məktəbdə təhsil alıb.
1976-1981-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.
1990-cı ildən Bakı Dövlət Universitetində çalışır.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1981-1984-cü illərdə BDU-nun Azərbaycan dilçiliyi kafedrasının aspirantı olub.
1986-cı ildə „Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlənin sadə cümləyə transformasiyası“ mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2005-ci ildə dosent elmi adını alıb.
2003-cü ildə «Müasir Azərbaycan dilində mürəkkəb cümlənin struktur semantikası» mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə elmlər doktoru elmi dərəcəsi alıb.
2013-cü ildə professor elmi adını alıb.
ƏMƏK FƏALİYYƏTİ
1975-1976-cı illərdə Neftçala Rayon Tikinti İdarəsində fəhlə.
1987-1989-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dilçiliyi kafedrasında baş laborant.
1990-1994-cü illərdə BDU-nun Azərbaycan dili və ədəbiyyatının metodikası kafedrasında müəllim və baş müəllim.
1994-2005-ci illərdə BDU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti.
1994-2000-ci illərdə BDU-nun Filologiya fakültəsinin dekan müavini.
2013-2022-ci illərdə BDU-nun Azərbaycan dilçiliyi kafedrasının professoru.
2022-ci ildən BDU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri.
TƏDQİQAT SAHƏSİ
Azərbaycan dilinin qrammatik quruluşu
Azərbaycan dilində tabeli mürəkkəb cümlə
İŞTİRAK ETDİYİ KONFRANSLAR VƏ TƏLİMLƏR
1982, Bakı, Azərbaycan. Azərbaycan ali məktəblərinin V Respublika elmi konfransı.
1983, Bakı, Azərbaycan. Gənc alimlərin II elmi-praktik konfransı.
1984, Bakı, Azərbaycan. Ali məktəb aspirantlarının VI Pespublika elmi konfransı.
1986, Bakı, Azərbaycan. Azərbayca onomastikası problemlərinə dair konfransı.
1987, Bakı, Azərbaycan. Klassik mətn və transkripsiya məsələləri. Elmi-nəzəri konfransı.
1988, Bakı, Azərbaycan. Azərbaycan terminologiyası problemləri.
1988, Bakı, Azərbaycan. Azərbaycan onomastikası problemləri.
1990, Bakı, Azərbaycan. Azərbaycan onomastikası problemləri.
2003, Bakı, Azərbaycan. Azərbaycan onomastikası problemləri.
2012, Bakı, Azərbaycan. Müasir dünyada inteqrasiya və müqavimət prosesləri. Baynəlxalq konfrans.
2015, Bakı, Azərbaycan. Azərbaycan şünaslığın aktual problemləri. VI Beynəlxalq elmi konfrans.
2015, Bakı, Azərbaycan. Azərbaycanşünaslığın aktual problemləri.
2015, Bakı, Azərbaycan. Kitabi-Dədə Qorqud”un tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans.
İCTİMAİ FƏAİYYƏTİ
2014-cü ildən TQDK-da (indiki DİM) Azərbaycan dili üzrə seminarın rəhbəri
2008-10-cü illərdə BDU-nun Filologiya fakültəsinin Müdafiə Şurası seminarının rəhbəri.
2014-cü ildən BDU-nun Filologiya fakültəsinin Müdafiə Şurası seminarının üzvü.
2010-2014-cü illərdə AAK-ın filologiya elmləri üzrə eksperti.
2017-2018-ci illərdə İctimai televiziya kanalında „Azərbaycan dili verilişinin təşkilatçısı və aparıcısı.
2015-ci ildən BDU-nun Filologiya fakültəsinin Elmi Şurasının üzvü.