QISA BİOQRAFİK MƏLUMAT
1983-cü il mayın 10-da Bakı şəhərində anadan olub.
1989-2000-ci illərdə Bakı şəhəri Xətai rayonu A.Xəlilov adına 263 saylı orta məktəbdə təhsil alıb.
2000-2004-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr pilləsində
«Azərbaycan dili və ədəbiyyatı» ixtisası üzrə təhsil alıb və universiteti fərqlənmə diploma ilə bitirib.
2004-2006-cı illərdə Bakı Dövlət Universitetinin magistratura pilləsində «Azərbaycan dili» ixtisası üzrə
təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
2006-2009-cu illərdə “Azərbaycan dili” ixtisası üzrə Bakı Dövlət Universitetinin əyani aspiranturasında təhsil alıb.
2010-cu il yanvarın 29-da «Müasir Azərbaycan dilində söz tərkibinin müəyyənləşməsinin qrammatiksemantik əsası» mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2015-ci ildən Bakı Dövlət Univeritetinin Azərbaycan dilçiliyi kafedrasında elmlər doktoru proqramı üzrə doktorantura pilləsində təhsil alır.
ƏMƏK FƏALİYYƏTİ
2011-ci ildən BDU-nun «Azərbaycan dilinin tətbiqi məsələləri» ETL-də elmi işçi
2015-ci ildən BDU-nun Аzərbaycan diliçiliyi kafedrasının müəllimi
TƏDQİQAT SAHƏSİ
Azərbaycan dilinin leksikologiyası
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
2006, Mətnin komponentləri arasında parallel bağlılıq. “Molla Nəsrəddin” jurnalının 100 illik yubileyinə həsr olunmuş Azərbaycan filologiyasının aktual problemləri elmi-nəzəri konfransın tezis və məqalələri, Bakı Dövlət Universiteti, Bakı, 229-230
2006, Mətndə məntiqi–semantik bağlılıq üsulunun bir forması: zəncirvarı bağlılıq. “Molla Nəsrəddin” jurnalının 100 illik yubileyinə həsr olunmuş Azərbaycan filologiyasının aktual problemləri elmi-nəzəri konfransın tezis və məqalələri. Bakı Dövlət Univrsiteti, Bakı, 230-232
2011, Müasir türkologiya: inkişaf istiqamətləri və aktual məsələləri. Almata şəhərində keçirilmiş beynəlxalq konfrası. Sertifikat 17-18 may, 17-18 s.
2015, Azərbayacan dilində ədatların sinonimliyi. “Kitabi-Dədə Qorqud və Türk dünyası” Beynəlxalq elmi konfransın materialları. Bakı, 260-263
2017, İ.Sıxlının “Dəli Kür” romanında etnoqrafik dialektizmlər. AMEA-da akad. A.A.Axundovun anadan olmasının 85 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans. Sertifikat, 271-273
2017, İ.Şıxlının “Dəli Kür” romanında geyimlə bağlı etnoqrafizmlər. BMU-da H.Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş Gənc tədqiqatçıların I Beynəlxalq elmi konfrans.435-436
2013, “Azərbaycanın qlobal elmi bazaya çıxışı” mövzusunda seminar. Sertifikat. Bakı, 5 noyabr
ELMİ-PEDAQOJİ NAİLİYYƏTLƏRİ, TƏLTİFLƏRİ, MÜKAFATLARI, FƏXRİ ADLARI
2012-ci ildə BDU-da «Universitetdaxili 50+50» qrant müsabiqəsinin qalibi olub.
İCTİMAİ FƏALİYYƏTİ
2012-ci ildən BDU-nun qış və yay imtahan sessiyalarında İmtahan Qərargahında humanitar fakültələr üzrə appelyasiya komissiyasının katibi.
2012-ci ildən BDU-da Yekun Dövlət Attestasiyası Komissiyasının və magistr dissertasiyalarının müdafiəsi üzrə şuranın elmi katibi.
2013-cü ildən BDU-nun Gənc Alimlər Şurasının üzvü.