QISA BİOQRAFİK MƏLUMAT
1951-ci il mayın 13-də Bakı şəhərində anadan olub.
1958-1968-ci illərdə Bakı şəhəri H.Cavid adına 132 saylı orta məktəbdə təhsil alıb.
1964-1969-cu illərdə Bakı şəhəri 2 saylı musiqi məktəbində fortepiano təhsili alıb.
1970-1976-cı illərdə BDU-nun (keçmiş ADU) Filologiya fakültəsinin axşam şöbəsində təhsil alıb.
1976-1979-cu il illərdə Xalq Konservatoriyasının bəstəkarlıq fakültəsində təhsil alıb.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1983-1986-cı illərdə BDU-nun Azərbaycan dilçiliyi kafedrasının əyani aspirantı olub.
1990-cı ildə „Müasir Azərbaycan dilində cümlənin aktual üzvlənməsi“ mövzusunda
dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
1995-ci ildə dosent elmi adını alıb.
2005-2008-ci illərdə elmlər doktoru əyani doktorant olub.
2008-ci ildə «Azərbaycan dili funksional sintaksisinin bəzi nəzəri problemləri» mövzusunda doktorluq dissertasiyasını tamamlayıb.
ƏMƏK FƏALİYYƏTİ
1969-1970-ci illərdə H.Cavid adına 132 saylı orta məktəbdə pioner baş dəstə rəhbəri.
1970-1972-ci illərdə C.Cabbarlı adına „Azərbaycanfilm“ kinostudiyasında filmüzüçıxaran
1972-1977-ci illərdə T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayı, metodist, şahmat- dama dərnəyinin şöbə müdiri, şahmat dərnəyinin rəhbəri
1977-1983-cü illərdə BDU-nun aspirantura şöbəsi baş laborant
1987-1992-ci illərdə BDU-nun Azərbaycan dilçiliyi kafedrasında baş laborant
1992-1993-cü illərdə BDU-nun Azərbaycan dilçiliyi kafedrasında müəllim
1993-1995-ci illərdə BDU-nun Azərbaycan dilçiliyi kafedrasında baş müəllim
1995-ci ildən BDU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti
TƏDQİQAT SAHƏSİ
Azərbaycan dilinin funsional sintaksisi, aktual üzvlənmə, mətn sintaksisi,etimologiya
İŞTİRAK ETDİYİ KONFRANSLAR , KEÇDİYİ KURSLAR, TRENİNQLƏR
1978 – 1998, Bakı, Respublika ali məktəb aspirantlarının elmi konfransları
1995, Qafqaz respublikalarının elmi konfransı
1999-2000, Bakı, Bakı Dövlət Universitetinin 80 illiyinə həsr olunmuş elmi konfrans
2002, Bakı, AMEA-nın müxbir üzvü, prof.A.A.Axundovun 70 illik yubileyinə həsr olunmuş elmi konfrans
2002, Bakı, «Müstəqil Azərbaycanda elmin inkişaf istiqamətləri» elmi konfrans.
2003, Bakı, «Azərbaycan elmi və mədəniyyəti: aktual problemlər», elmi-praktikkonfrans
2003, Bakı, «Heydər Əliyev və Azərbaycan filologiyası», elmi-praktik konfrans
2004, Bakı, «Ali məktəblərdə dillərin öyrədilməsinin müasir problemləri», elmi-praktik konfrans
2008, 1 Uluslararası Yunus Əmrə simpoziumu (Türkiyə)
2008, Bakı, H.Əliyevin 85 illiyinə həsr olunmuş konfrans
2008, Bakı, Mir Cəlalın 100 illiyinə həsr olunmuş konfrans
2009, Bakı, Baki Dövlət Universitetinin 90 İllik yubileyinə həsr olunmuş elmi-nəzəri konfransı
2010, Bakı, „Ali məktəblərdə dilçilik üzrə dərsıliklərin dili“ Respublika elmi konfransı
2011, Bakı, Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş „Müasir şəraitdə ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini yüksəltmək yolları“ mövzusunda ll Respublika elmi-metodik konfransı
2011, Bakı, “Nitq mədəniyyəti və terminologiyanın aktual problemləri“ Respublika elmi
konfransı
2011, Bakı, Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpasının 20-ci ldönümünə həsr olunmuş Azərbaycan filologiyasının aktual problemlıəri“ mövzusunda
elmi-nəzəri konfrans
2012, Bakı, M.Ə.Sabirin 150 illik yubileyinə həsr olunmuş Respublika elmi-nəzəri konfrans
2012, Bakı, Görkəmli Azərbaycan alimi, BDU-nun İlahiyyat fakültəsinin dekanı, Ərəb filologiyası kafedrasının müdiri, əməkdar elm xadimi akademik Vasim Məmmədəliyevin 70 illik yubileyinə həsrolunmuş „Şərqşünaslığın aktual problemləri“ mövzusunda Respublika elmi konfransı
2013, Bakı, B.Çobanzadə və türkologiyanın müasir problemləri.Respublika elmi konfrans
2013, Bakı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfrans
2014, Bakı, M.Ə.Rəsulzadənin anadan olmasının 130 illik yubileyinə həsr olunmuş”Filologiyanın aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfransı
2014, Bakı, Azərbaycan filologiyasının aktual məsələləri. BDU-nun 95 illiyinə həsr olunmuş konfrans
2014, Bakı, Ulu öndər H.Əliyevin xatirəsinə həsr olinmuş “Təhsildə gender araşdırmaları” mövzusunda Beynəlxalq elmi-praktik konfrans
2014, Azərbaycan Xalq yazıçısı Respublika Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Respublika elmi-nəzəri konfrans
2015, Bakı, Görkəmli ədəbiyyatşünas, tənqidçi, tərcüməçi prof. P.Xəlilovun 90 illik yubileyinə həsr olunmuş “Türk xalqları ədəbiyyatının aktual problemləri” mövzusunda Respublika elmi konfransı
2015, Bakı, “Kitabi-Dədə Qorqud” və Türk dünyası” Beynəlxalq elmi konfrans
2015, Bakı, “Azərbaycan folklor nümunələrində milli-mənəvi dəyərlərinin təcəssümü” mövzusunda Respublika elmi konfransı
2015, Bakı, Görkəmli ictimai xadim, xalq şairi,akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyinə hısr olunmuş “Bəxtiyar Vahabzadə və Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda Beynəlxalq elmi konfrans
2016, Bursa, Türkiyə, “Muhammet Hüseyin Şehriyar” bilgi şöleni (Beynəlxalq elmi konfrans)
2016, Bakı, 1 türkoloji qurultayın 90 illiyinə həsr olunmuş “Müasir türkologiya: dünən, bu gün və sabah (problemlər və perspektivlər)” Respublika elmi konfransı
2016, Bakı, Akad.Tofiq Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyası:inkişafın yeni mərhələsi” mövzusunda Respublika elmi konfransı
2016, Bursa, Türkiyə, “Muhammet Hüseyin Şehriyar” bilgi şöleni (Beynəlxalq elmi konfrans)
2017, Bakı, “M.P.Vaqif və müasirlik” Respublika elmi-nəzəri konfransı
2017, Bakı, “Gender problemi və müasir Azərbaycan” Respublika elmi konfransı
2017, Bakı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadanolmasının 94-cü ildönümünə həsr olunmuş „Filologiyanın aktual problemləri“ möbzusunda Respublika elmi-nəzəri konfransı
2018, Bakı, Görkəmli yazıçı,ədəbiyatşünas alim,və pedaqoq Mir Cəlalın 110 illiyinə həsr olunmuş Respublika elmi-nəzəri konfransı
2018, Bakı, Bəkir Çobanzadə -125.„Azərbaycan dili:dünən və bu gün“ mövzusunda Beynəlxalq elmi konfransı.
ELMİ-PEDAQOJİ NAİLİYYƏTLƏRİ, TƏLTİFLƏRİ, MÜKAFATLARI, FƏXRİ ADLARI
1987-ci ildə Həvəskar bəstəkarlarln mahnı müsabiqəsinin qalibi kimi SSRİ Bəstəkarlar İttifaqının sədri bəstəkar Tixon Xrennikovun imzası ilə Fəxri Diplom
2007-ci ildə BDU-nun müəllim-professor heyəti arasında şahmat üzrə lll yer
2009-ci ildə Finlandiya səfirinin təltif etdiyi Azərbaycan-Finlandiya dostluğunin rəmzi olan „Qızıl arzu“ medalı
2009-cu ildə BDU-nun rəsm müsabiqəsində lll yer
2011-ci ildə „Əsrin ziyalılları“ Xeyriyyə İctimai Birliyinin „Əsrin ziyalısı-ilin musiqiçisi“ Fəxri Diplomu
2011-ci ildə „Mərhəmət elçisi“ jurnalının „Nəsir İmanquliyev adına“ Diplomu
2011-ci ildə „Qafqaz-media“ İctimai Birliyinin „Ustad“ mükafatı
2011-ci ildə Azərbaycan KİV İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə verilmiş „Azərbaycan bayrağı“ media mükafatı laureatı Diplomu
2012-ci ildə BDU-nun müəllim-professor heyəti arasında şahmat üzrə II yer tutduğuna görə Fəxri Fərman
2013-cü ildə BDU-nun müəllim-professor heyəti arasında şahmat üzrə çempion olduğuna görə Fəxri Fərman
2014-ci ildə „Qızıl qələm“ media mükafatı laureatı Diplomu
2014-cü ildə Universitetdaxili 50+50 qrant müsabiqəsinin qalibi
2015-ci ildə „İncə qələm“ Fəxri media mükafatı laureatı Diplomu
2017-ci ildə BDU-nun müəllim-professor heyəti arasında şahmat üzrə lll yer tutduğuna görə Fəxri Fərman