QISA BİOQRAFİK MƏLUMAT
1967-ci il noyabrın 7-də Bərdə şəhərində anadan olub.
1974-1984-ci illərdə Bərdə şəhəri 6 saylı tam orta məktəbdə təhsil alıb.
1985-1990-cı illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.
2002-ci ildənYAP-ın üzvüdür.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1992-1997-ci illərdə BDU-nun Filologiya fakültəsinin dissertantı olub.
2007-ci ildə „B.Vahabzadə poemalarının dili üslubu― mövzusunda dissertasiya müdafiə edib.
2010-cu ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
ƏMƏK FƏ LİYYƏTİ
1990-1991-ci illərdə Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasında baş laborant.
1991-1993-cü illərdə BDU-nun Filologiya fakültəsinin „Аzərbaycan dilinin tətbiqi məsələlri― ETL-in kiçik elmi işçisi.
1994-ci ildən hazırkı vaxta kimi BDU-nun Filologiya fakültəsinin „Azərbaycan dilinin tətbiqi məsələləri― ETL-in böyük elmi işçisi.
TƏDQİQAT SAHƏSİ
Azərbaycan dilinin dil və üslub xüsusiyyətləri.
Tərcümə
KİV-nin dil və üslub xüsusiyyətləri.
Küçə adları, afişa və reklamlarda Azərbaycan ədəbi dil normalarına riayət olunmasının monitorinqi.
Dublyaj olunmuş filmlərdə ədəbi dil normalarının pozulması
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
1990, Bakı, Azərbaycan. „Azərbaycan dilinin frazeologiyasının aktual problemləri― Respublika elmi konfransı.
1992, Bakı, Azərbaycan. „Azərbaycan ədəbi əlaqələrinin və bədii təırcümənin öyrənilməsinin aktual problemləri― Elmi-nəzəri konfrans.
2001, Bakı, Azərbaycan. M.M.Əlizadənin 90 illiyinə həsr olunmuş Elmi konfrans.
2002, Bakı, Azərbaycan. A.Axundovun 70 illiyinə həsr olunmuş Elmi konfrans.
2006, Bakı, Azərbaycan. Filologiyanın aktual problemləri Elmi-nəzəri konfrans.
2008, Bakı, Azərbaycan. Mir Cəlalın 100 illik yubileyinə həsr olumuş Elmi konfrans.
2012, Bakı, Azərbaycan. M.Ə.Sabirin 150 illik yubileyinə həsr olunmuş Elmi-nəzəri konfrans.
İCTİMAİ FƏAİYYƏTİ
2007-2010-cu illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Respublikanın Ümumtəhsil Məktəblərində mərkəzləşdirilmiş buraxılış imtahanlarınmda imtahan rəhbəri.
2009-2011-ci illərdə PİRLS və TİMSS Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramları çərçivəsində sınaq mərhələlərində imtahan rəhbəri.