QISA BİOQRAFİK MƏLUMAT
1960-cı il dekabrın 17-də Bakı şəhərində anadan olub.
1968-1978-ci illərdə Bakı şəhəri 250 saylı orta məktəbdə təhsil alıb.
1980-1986-cı illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1993-cü ildə “A.N.Ostrovskinin yaradıcılığının Azərbaycanda mənimsənilməsi və öyrənilməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
ƏMƏK FƏALİYYƏTİ
1984-1996-cı illərdə BDU-nun Rus ədəbiyyatı kafedrasında baş laborant
1996-1998-ci illərdə «Azərbaycan dilinin tətbiqi məsələləri» elmi tədqiqat laboratoriyasında kiçik elmi işçi
1998-ci ildən «Azərbaycan dilinin tətbiqi məsələləri» elmi tədqiqat laboratoriyasında böyük elmi işçi
TƏDQİQAT SAHƏSİ
Azərbaycan və rus ədəbi əlaqələri
Tərcümə problemləri
Müasir Azərbaycan dili və nitq mədəniyyəti problemləri
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
1987, Bakı, Respublika elmi-praktik konfransı.
1989, Bakı, «Elm və praktikanın qarşılıqlı əlaqəsi» mövzusunda Respublika elmi konfransı.
1990, Bakı, «Şərq və Qərb: tarixi tipologiya, yaradıcılıq əlaqələri, qarşılıqlı təsir» mövzusunda Respublika elmi konfransı.
1990, Bakı, “Ədəbi əlaqələr və dil münasibətləri” mövzusunda Respublika elmi konfransı.
1991, Bakı, «Azərbaycan folklorunun aktual problemləri» mövzusunda Respublika elmi konfransı.
1991, Səmərqənd, “Şərq və rus ədəbiyyatı” mövzusunda İ regionlararası elmi-praktik konfrans.
1992, Bakı, “Ədəbi əlaqələrin və bədii tərcümənin öyrənilməsinin aktual problemləri” mövzusunda elmi konfrans.
2008, Bakı, Mir Cəlalın 100 illik yubileyinə həsr olunmuş “Yazıçı və zaman” mövzusunda Respiblika elmi konfransı.
2008, Bakı, “Müqayisəli ədəbiyyat: «Ədəbiyyatlarda və mədəniyyətlərdə stereotiplər» mövzusunda III beynəlxalq elmi konfrans.
2009, Bakı, BDU-nun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans.
2010, Bakı, Cəfər Xandan Hacıyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda mövzusunda elmi-nəzəri konfrans.
2010, Bakı, «Русский язык и литература в современном Азербайджане» mövzusunda II beynəlxalqkonfrans.
2011, Bakı, Azərbaycan. Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfransı.
2011, Bakı, Abbas Zamanovun 100 illik yubileyinə həsr olunmuş “Müasir Azərbaycan filologiyası: axtarışlar, problemlər, perspektivlər” mövzusunda Respublika elmi konfransı.
2013,Bakı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfrans.
2015, Bakı, Ümummilli lider H.Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda VI beynəlxalq elmi konfrans.
2016, Bakı, I Türkoloji qurultayın 90 illik yubileyinə həsr edilmiş «Müasir türkologiya: dünən, bu gün və sabah (problemlər və perspektivlər)» mövzusunda Respublika elmi konfransı.