QISA BİOQRAFİK MƏLUMAT
1968-cı il mayın 20-də Bakı şəhərində anadan olub.
1975-1985-ci illərdə Bakı şəhəri 190 saylı orta məktəbdə təhsil alıb.
1985-1990-cı illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə təhsil alıb və universitieti fərqlənmə diplomu ilə bitirib.
1990-cı ildən BDU-da çalışır.
ƏMƏK FƏALİYYƏTİ
1990-2017-ci illərdə indi „Аzərbaycan dilinin tətbiqi məsələləri““ ETL-də laborant.
1991-1996-cı illərdə Bakı Slavyan Universitetində saathesabı müəllim.
2000-2005-ci ildə M.Ə.Sabir adına Azərbaycan Dövlət Pedaqoji Kollecində müəllim.
2005-2008-ci illərdə Azərbaycan Dillər Universitetində saathesabı müəllim.
2017-ci ildən BDU-nun „Аzərbaycan dilinin tətbiqi məsələləri““ ETL-in elmi işçisi.
TƏDQİQAT SAHƏSİ
Azərbaycan dili
Azərbaycan dilinin toponimlərinin leksik və semantik xüsusiyyətləri
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
1990, Bakı, Azərbaycan. “Ədəbi əlaqələr və dil münasibətləri” mövzusunda Respublika elmi konfransı.
1990, Bakı, Azərbaycan. „Azərbaycan dilinin frazeologiyasının aktual problemləri“ Respublika elmi konfransı.
1991, Bakı, «Azərbaycan folklorunun aktual problemləri» mövzusunda Respublika elmi konfransı.
1992, Bakı, Azərbaycan. „Azərbaycan ədəbi əlaqələrinin və bədii təırcümənin öyrənilməsinin aktual problemləri“ Elmi-nəzəri konfrans.
2001, Bakı, Azərbaycan. M.M.Əlizadənin 90 illiyinə həsr olunmuş Elmi konfrans
2006, Bakı, Azərbaycan. Filologiyanın aktual problemləri Elmi-nəzəri konfrans