XƏDİCƏ RAMİZ QIZI ABDULLAYEVA

XƏDİCƏ RAMİZ QIZI ABDULLAYEVA

XƏDİCƏ RAMİZ QIZI ABDULLAYEVA

Alman və fransız dilləri kafedrasının dosent əvəzi

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT


 1962-ci il aprelin 22-də Bakı şəhərində anadan olub.
 1969-1979-cu illərdə 53, sonra isə 20 saylı orta məktəbdə təhsil alıb.
 1979-1984-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun fransız-ingilis dilləri fakültəsində təhsil alıb və İnstitutu Lenin təqaüdçüsü kimi fərqlənmə diplomu ilə bitirib.

ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
 1984-1987-ci illərdə APXDİ-nin Fransız dilinin leksikası və leksikologiyası kafedrasının əyani aspirantı olub.
 2010-cu ildən dosent əvəzi vəzifəsində çalışır.


ƏMƏK FƏALİYYƏTİ


 1984-1987-ci illərdə Bakı şəhərinin 197 və 222 saylı orta məktəblərində ingilis dili müəllimi və eyni zamanda APXDİ-nin Fransız dilinin leksikası kafedrasında saat hesabı müəllim.
 1987-1990-cı illərdə APXDİ-nin Fransız dilinin leksikası və leksikologiyası kafedrasında laborant və baş laborant və eyni zamanda saat hesabı müəllim.
 1990-1996-cı illərdə APXDİ-nin Fransız dilinin leksikası və leksikologiyası kafedrasında müəllim.
 1994-1995-ci illərdə BDU-nun Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində Xarici dillər kafedrasında saat hesabı müəllim, 1996-cı ildən həmin kafedrada müəllm, 1997-ci ildən baş müəllim.
 2001-ci ildən BDU-nun Alman və fransız dilləri kafedrasında baş müəllim.
 2010-cu ildən BDU-nun Alman və fransız dilləri kafedrasında dosent əvəzi.
 1996-2003-cü illərdə BMT-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olunan fransız dili kurslarında müəllim.
 1996-2016-cı illərdə Fransanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan fransız dili kurslarında müəllim.

TƏDQİQAT SAHƏSİ


 Azərbaycan və fransız dillərində informatika terminləri


İŞTİRAK ETDİYİ KONFRANSLAR , KEÇDİYİ KURSLAR, TRENİNQLƏR


 1987, Bakı, Azərbaycan: Azərbaycan ali məktəb aspirantlarının IX Respublika elmi konfransı.
 1988, Bakı, Azərbaycan: Azərbaycan ali məktəb aspirantlarının XI Respublika elmi konfransı.
 1989, Bakı, Azərbaycan: «Ali məktəbin yenidən qurulması ilə əlaqədar xarici dil tədrisi metodikasının təkmilləşdirilməsi» - Respublika elmi konfransı.
 1990, Gəncə, Azərbaycan: «Respublika xalq təhsili sistemində xarici dillərin fasiləsiz tədrisi» - Respublika elmi seminar – müşavirəsi.
 1990, Bakı, Azərbaycan: «Azərbaycan SSR-də poliqlossiya və dillərarası interferensiya problemləri ». - Respublika elmi konfransı.
 1996, Fransa: TEMPUS-TASİS proqramı çərçivəsində BDU-nun heyəti tərkibində Paris, Amyen, Nitsa şəhərlərinin universitetlərinə müəllim və tərcüməçi kimi işgüzar səfər.
 1996, Nitsa, Fransa: təcrübə kursları.
 1997, Bezanson, Fransa: təcrübə kursları.
 1999, Bakı, Azərbaycan: BDU-nun 80 illiyinə həsr olunmuş elmi konfrans.
 2000, Bakı,Azərbaycan; Azərbaycan ali məktəblərinin gənc tədqiqatçılarının elmi konfransı.
 2003, Bakı, Azərbaycan: Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin 80 illik yubileyinə həsr olunmuş elmi konfrans.
 2015, Bakı,Azərbaycan; Ümummilli lider Heydər Əliyevi anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Filologiyanın aktual problemləri mövzusunda Respublika elmi- nəzəri konfransı.
 2015, Bakı,Azərbaycan; “Bəxtiyar Vahabzadə və Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda Beynəlxalq elmi konfrans.
 2017, Bakı,Azərbaycan; Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94- cü ildönümünə həsr olunmuş Filologiyanın aktual problemləri mövzusunda Respublika elmi- nəzəri konfransı.
 2018, Bakı,Azərbaycan; Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Filologiyanın aktual problemləri mövzusunda Respublika elmi- nəzəri konfransı.
 2018, Bakı, Azərbaycan; YRİC Beynəlxalq konfrans.

 

ELMİ-PEDAQOJİ NAİLİYYƏTLƏRİ, TƏLTİFLƏRİ, MÜKAFATLARI, FƏXRİ ADLARI


 2002-ci ildə dərs dediyi beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin tələbələri ilə birgə BDU-da universitetin digər fakültələrində, eləcə də Azərbaycanın müxtəlif ali məktəblərində xarici dil kimi fransız dilini keçən tələbə və müəllimlərin iştirakı ilə fransız dilind  Azərbaycan və beynəlxalq aləm“ adlı konfrans təşkil edib (27 mart 2002). Konfransın materiallarını toplu şəklində tərtib edib və çapa hazırlayıb.
 2003-cü ildə dərs dediyi beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin tələbələri ilə birgə „Beynəlxalq hüquq və beynəlxalq münasibətlərə dair Fransızca-Azərbaycanca lüğət“ hazırlayıb. ( Bakı Universiteti nəşriyyatı”, 209 s.)
 2005-ci ildə dərs dediyi beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin tələbələri ilə birgə BDU-da ikinci „Azərbaycan və beynəlxalq aləm“ adlı ikinci konfrans təşkil edib (9 aprel 2005-ci il). Konfransın materiallarını toplu şəklində tərtib edib və çapa hazırlayıb.
 2006, 2007, 2010-cu illərdə tələbələri Respublika fənn Olimpiadalarının qalibləri olmuşlar.
 BDU-da keçirilən xarici dil müəllimlərinin attestasiyalarının hamısında yüksək nəticələr əldə edib, o cülədən, 2013-cü il attestatiyasında 100 bal toplayıb.
 2012-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub. 

İCTİMAİ FƏAİYYƏTİ

 2011-2016-cı illərdə Filologiya fakültəsinin Elmi Şurasının üzvü olub.

ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ

Əlaqə
Bakı Dövlət Universiteti, 1 saylı tədris binası, 1-ci mərtəbə, 102-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412)5390212 /(+99412)5390373 Fax.: [email protected] [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət