QISA BİOQRAFİK MƏLUMAT
1962- ci il sentyabrın 4-də Bakı şəhərində anadan olub.
1983-1994- cü illərdə Bakı şəhərinin 89 saylı orta məktəbində təhsil alıb.
1979-1984- cü illərdə Xarici Dillər Universitetində (SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji
Xarici Dillər İnstitutu ) fransız – ingilis dilləri ixtisası üzrə təhsil alıb.
2001–cı ildən BDU- da Fransız dili üzrə müəllim vəzifəsində çalışır.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
2003-2007- ci illərdə BDU-nun metodika kafedrasının dissertantı olub.
2007- ci ildə „ Azərbaycan Ali məktəblərinin ixtisas fakültələrində xarici dilin tədrisi metodikasının nəzəri əsasları“mövzusunda dissertasiya müdafiə edib və pedaqoji elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
ƏMƏK FƏALİYYƏTİ
1988-1991- ci illərdə İnşaat Mühəndisləri Universitetində ETL-da tərcüməci; Xarici dil kafedrasının müəllim.
1991-1993-ci illərdə “Merkuri”firmasında tərcüməci.
1993-1996-cı illərdə M.Ə.Rəsulzadə adına BDU, xarici dillər kafedrasında müəllim.
1996-2001-cı illərdə həmin kafedrada baş müəllim.
2003-ci ildən BDU –nun Alman və fransız dilləri kafedrasında baş müəllim.
2017-ci ildən « ABAD » publik hüquqi şəxsdə Dekorativ-tətbiqi xalq sənətkarlığı departamentinin müdiri.
TƏDQİQAT SAHƏSİ
Fransız dilinin tədrisi metodikası
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
1995, Franşkonta Universitetində təkmilləşmə stajı (attestat).
1996, Nits Universitetində TEMPUS çərçivəsində dilçilik və təhsil ixtisası üzrə staj keçmə.
1999, Pedaqoji kadrların təkmilləşməsi üzrə Turix Milli İnstitutunda “Kommunikativ yanaşma və neyropedaqogika” sahəsində staj keçmə.
1999, Fransa səfirliyində təhsil departamenti və Paris Milli Təhsil Nazirliyi nəzdində CLEMİ (tədris və KİV) tərəfindən təşkil olunmuş xarici dil - fransız dilinin tədrisində telekommunikasiyaların tətbiqi üzrə kurs.
1999, Fransa Nis Universitetinin Cap d”Ail-də təşkil olunmuş beynəlxalq hüquq, beynəlxalq münasibətlər və politologiya sahəsində dərslərin təhlilinə istiqamətlənmiş kurs.
İCTİMAİ FƏAİYYƏTİ
2001-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə (T-300/1) Fəxri fərmanla təltif edilib.
2017-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən (№3121) Fəxri Fərmanla təltif edilib.
2017-h/h: “ABAD” publik hüquqi şəxsdə Dekorativ-tətbiqi xalq sənətkarlığı departamentinin müdiri.