QISA BİOQRAFİK MƏLUMAT
1979-cu il oktyabrın 14-də Xaçmaz şəhərində anadan olub.
1986-1996-cı illərdə Bakı şəhəri, Yasamal rayonu 52 saylı orta məktəbdə təhsil alıb.
2002-2006-cı illərdə Azərbaycan Dillər Universitenin Avropaşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsində “Almaniyaşünaslıq” ixtisası üzrə bakalavr təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib.
2006-2008-ci illərdə Azərbaycan Dillər Universitenin Avropaşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsində “Almaniyaşünaslıq” ixtisası magistratura pilləsind təhsil alıb və fərqlənmə diplomu ilə bitirib.
2010-cu ildən Bakı Dövlət Universitetində çalışır.
ƏMƏK FƏALİYYƏTİ
2010-cu ildən BDU-nun Alman və Fransız dilləri kafedrasında müəllim vəzifəsində çalışır.
TƏDQİQAT SAHƏSİ
Alman dilində modal ədatlar və onların Azərbaycan dilinə tərcüməsi
“Die Völker des Kaukasus und ihre Freiheitskämpfe gegen die Russen” (Qafqaz xalqları və onların ruslara qarşı azadlıq mübarizəsi) əsərinin Azərbaycan dilinə tərcüməsi.
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
2008-ci il. “Beynəlxalq Parlamentlərarası Təqaüd“ proqramı çərçivəsində Almaniya Federativ Respublikasının Parlamentində 6 aylıq təcrübə.
15-18.03.2008-ci ildə Almaniyanın Fridrix Naumann Fondunun „Liberalizm və Liberal Siyasi Partiyalar“ mövzusunda təşkil etdiyi seminarın iştirakçısı.
18-21.03.2008-ci ildə Almaniyanın Hanns Saydel Fondunun „Avropa siyasəti və Avropa İttifaqının Gələcəyi“ mövzusunda Brüseldə təşkil etdiyi seminarın iştirakçısı.
25-27.03.2008-ci ildə Almaniyanın Roza Luksemburq Fondunun „Almaniyada yəhudi həystı“ mövzusunda Berlində təşkil etdiyi seminarın iştirakçısı.
04-07.07.2008-ci ildə Almaniyanın Haynrix Böll Fondunun „Avropa İnteqrasiyası“ mövzusunda Zaarbrükendə təşkil etdiyi seminarın iştirakçısı.
07-09.07.2008-ci ildə Almaniyanın Konrad Adenauer Fondunun „Avropa İttifaqı“ mövzusunda təşkil etdiyi seminarın iştirakçısı.
ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ
Məqalələr
2012, Müssen və sollen modal fellərinin məna variantları və onların Azərbaycan dilində tərcümə qarşılıqları // „Filologiya məsələləri“ jurnalı № 6, səh. 32-44, Azərbaycan, Bakı
2012, Alman dilində ja ədatinin cümlədəki kommunikativ funksiyasi və onun Azərbaycan dilində ifadə vasitələri // „Filologiya məsələləri“ jurnalı № 7, səh. 144-153, Azərbaycan, Bakı
2013, Eben sözü modal ədat funksiyasında // Dil və ədəbiyyat beynəlxalq elmi-nəzəri jurnal № 3(87), səh. 37-41, Azərbaycan, Bakı
2015, Alman dilindəki ədatların öyrənilməsi problemləri // Filologiya məsələləri № 6, səh. 46-51, Azərbaycan, Bakı
2015, Alman dilindəki modal ədatların araşdırma tarixindən // Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyinə həsr edilmimş “Bəxtiyar Vahabzadə və Azərbaycan Filologiyasının aktual problemləri” mövzusunda Beynəlxalq elmi konfransın materialları, səh. 436-439, Azərbaycan, Bakı
2015, Halt modal ədatı // “Kitabi-Dədə Qorqud”un tərcüməsi və nəşrinin 200 illiyinə həsr edilmiş Beynəlxalq Elmi Konfransın materialları, səh. 651-655, Azərbaycan, Bakı
2016, Mal modal ədatı və onun Azərbaycan dilində tərcümə qarşılıqları // /Dil və ədəbiyyat beynəlxalq elmi-nəzəri jurnal № 3(99), səh. 90-92, Azərbaycan, Bakı
2017, Eben və halt modal ədatları və onların Azərbaycan dilində tərcümə qarşılıqları // Dil və ədəbiyyat beynəlxalq elmi-nəzəri jurnal № 1(101), səh. 65-67, Azərbaycan, Bakı
2018, Die deutsche Modalpartikel etwa und ihre aserbaidschanischen Entsprechungen // Sammelband „Über -|set|zen [Re-]Konstruktionen im Translationsprozess, səh. 53-68, Almaniya, Hamburq
2019, Məgər sual ədatının kommunikativ və praqmatik funksiyası // „Filologiya məsələləri“ jurnalı № 8, səh. 77-83, Azərbaycan, Bakı