Məqalənin tərtibi qaydaları:
- Məqalənin həcmi mətn, ədəbiyyat siyahısı və xülasə ilə birlikdə 2500-3500 söz olmalıdır (7-10 səh.).
- Məqalənin mətni Times New Roman şrifti ilə, 14 ölçüdə, sətirlərarası interval 1.5, səhifəkənarı ölçülər 2.5 sm olmaqla yığılmalıdır. (Mətnin hazırlandığı vörd faylı “Document Word 97-2003”.doc formatına salınıb göndərilməlidir).
- Mətnin əvvəlində məqalənin adı (ortadan) böyük hərflərlə və tünd-qara şriftlə yazılmalıdır.
- Məqalənin adının altında tünd-qara şriftlə (yalnız ilk hərfləri böyük olmaqla) müəllifin adı, atasının adı, soyadı; aşağıdan kursivlə elmi dərəcəsi və elmi adı; adi şriftlə aid olduğu təşkilat, elektron poçt ünvanı və əlaqə nömrəsi qeyd olunmalıdır.
- Məqaləyə ingilis dilində xülasə və açar sözlər əlavə edilməlidir. Ortadan “Abstract” sözünün altından məqalənin ingilis dilində adı, sonra 100-150 söz həcmində xülasə mətni və 5 açar söz verilməlidir. Xülasədə məqalənin başlıca müddəaları yığcam şəkildə öz əksini tapmalıdır.
- Məqalənin məzmunu elmi yeniliyi və aktuallığı ilə seçilməli, mətn “Giriş”, “Əsas hissə”, “Nəticə və elmi yenilik” hissələrinə bölünməlidir. Məqalədə ədəbi dil normalarına ciddi əməl edilməli, orfoqrafiyası və üslubu düzgün olmalıdır.
- Məqalənin sonunda “İstifadə edilmiş ədəbiyyat” başlığı altında əlifba sırasına uyğun ədəbiyyat siyahısı təqdim edilməlidir. Ədəbiyyat siyahısına yalnız məqalədə istinad olunmuş mənbələr daxil edilə bilər.
- Mətndə istinadlar səhifənin aşağısında deyil, mətnin içərisində [4, s.78] şəklində göstərilməli, ədəbiyyat siyahısı aşağıdakı qaydalar nəzərə alınmaqla verilməlidir:
Kitab (monoqrafiya, dərslik və s.) üçün forma:
Qarayev Y. Realizm: sənət və həqiqət. Bakı: Elm, 1980, 258 s.
Məqalələr üçün forma:
Vəliyev M. Klassik Azərbaycan poeziyasında lirik qəhrəmanın ikili xarakteri // Filologiya məsələləri, № 2, Bakı, 2014, s. 400-404
İnternet resursu üçün forma:
Eyvazov P., Bayramov R. Dəyərli alim, sevimli müəllim, dil tarixinin ən yaxşı bilicilərindən biri /
http://philology.bsu.edu.az/az/news/dyrli_alim_sevimli_mllim_dil_tarixinin_n_yax_bilicilrindn_biri_ (15.04.2022)
Qeyd: Konfransa elmi dərəcəsi olan şəxslər (fəlsəfə və elmlər doktorları), müəllimlər, elmi işçilər, doktorantlar, magistrantlar və tələbələr qatıla bilər. Doktorant, magistrant və tələbələrin öz məqalələri ilə bərabər elmi rəhbərlərinin rəyini göndərmələri mütləqdir (imzalanmış şəkildə). Konfransa təqdim olunmuş yazılar təşkilat komitəsi tərəfindən dəyərləndiriləcək, göstərilən tələblərə cavab verməyən, qeyd olunan müddətdən gec göndərilən məqalələr qəbul edilməyəcək və bu barədə müəlliflərə heç bir əlavə məlumat verilməyəcək.