ETL haqqında

Ötən əsrin 90-cı illəri “Kitabi-Dədə Qorqud” eposu üçün ən uğurlu, sözün əsl mənasında böyük əhəmiyyət kəsb edən tarixlərdir. Ulu öndər H.Əliyevin siyasi hakimiyyətə ikinci dəfə qayıdışından sonra onun bütün sahələrə göstərdiyi diqqət və qayğı “Kitabi-Dədə Qorqud” dastanından da yan keçmədi. Dastanın tədqiqi və araşdırılması işləri ilə birbaşa özü maraqlanan H.Əliyevin əməli tədbirləri sayəsində dastan yeni inkişaf mərhələsinə qədəm qoydu. Amma bir faktı da qeyd etmək yerinə düşərdi ki, H.Əliyev siyasi hakimiyyətinin birinci dövründə belə dastana diqqət göstərmiş və onun tapşırığı ilə 1975-ci ildə “Dədə Qorqud” filmi çəkilmişdir.
Ümummilli lider bu istiqamətdə dastanın 1300 illik yubileyi münasibətilə 1997-ci il 20 aprel tarixində fərman, 1999-cu il fevralın 21-də “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər Planı haqqında” Sərəncam imzaladı. “Dədə Qorqud” Elmi Tədqiqat Laboratoriyası Azərbaycan Respublikası Prezidentinin  21 fevral 1999-cu il tarixli  Sərəncamına əsasən Təhsil Nazirliyinin 04 may 1999-cu il tarixli əmri ilə yaradılmışdır. Bakı Dövlət Universitetinin əmrinə əsasən 6 nəfər, hər biri 0,5 ştat böyük elmi işçi, 1 ştat elmi işçi, 1 ştat laborant vəzifəsi üçün vakant yerlər təsdiq edilmişdir. “Dədə Qorqud” Elmi Tədqiqat Laboratoriyasının yarandığı ilk dövrlərdə akademik Tofiq Hacıyev, AMEA-nın müxbir üzvü, professor Əliyar Səfərli,  AMEA-nın müxbir üzvü, professor Azad Nəbiyev, professorlar Yusif Seyidov, Süleyman Əliyarlı, Samət Əlizadə, Qara Namazov, Pənah Xəlilov kimi tədqiqatçılar laboratoriyanın çoxşaxəli və geniş fəaliyyətinə öz töhfələrini vermişlər. Yarandığı tarixdə laboratoriyaya akademik Nizami Cəfərov, 2002-2015-ci illərdə professor Qara Namazov, 2015-2021-ci illərdə akademik Nərgiz Paşayeva rəhbərlik etmişdir. Bakı Dövlət Universitetinin rektoru cənab Elçin Babayevin 13 aprel 2021-ci il tarixli  əmri ilə filologiya üzrə fəlsəfə doktoru Almara Vəzir qızı Nəbiyeva laboratoriyaya müdir təyin olunmuşdur.
“Kitabi-Dədə Qorqud” eposunun tarix, etnoqrafiya, ədəbiyyat, dil və coğrafiya baxımından, habelə dünya dastanları ilə müqayisəli şəkildə öyrənilməsi Azərbaycan folklorşünaslıq və ədəbiyyatşünaslığının müasir inkişaf mərhələsində olduqca önəmlidir. Bu baxımdan, laboratoriyada “Kitabi-Dədə Qorqud” eposunun yazıya alınma tarixi, tədqiqi, poetik strukturu, türk xalqlarının, eləcə də Azərbaycan xalqının tarixində yeri, dastanın daha qədim qaynaqlarının sonrakı dastançılıq ənənələrində  mövqeyi və təsiri, qəhrəmanlıq və məhəbbət dastanlarımızın  öyrənilməsində bir mənbə kimi istifadə olunmuşdur. Eyni zamanda qədim Azərbaycan tarixinin araşdırılması, tarixi qaynaq kimi əhəmiyyəti və s. kimi filoloji parametrlərin ardıcıl və sistemli şəkildə  elmi işlər formasında  aparılması laboratoriyanın əsas məqsədi olmuşdur. “Dədə Qorqud” laboratoriyası yarandığı zamandan həmin problemlərin araşdırılması üçün xüsusi iş planı hazırlamış və bu plan əsasında fəaliyyətə başlamışdır.
2010-cu ildə laboratoriyanın müdiri professor Qara Namazovun rəhbərliyi ilə “Dədə Qorqud dünyası” jurnalının I cildi, 2012-ci ildə isə II cildi çapdan çıxmışdır. Dərc edilmiş jurnallarda tədqiqatçılar eposun tarixinə, dastandakı etnoqrafiyaya, o cümlədən eposun dilinin müqayisəli öyrənilməsi kimi bir çox məsələlərə aydınlıq gətirmişlər. Bu jurnal 2021-ci ildən etibarən ildə iki dəfə dərc olunur. Hal-hazırda jurnalın IX sayı çapdadır. Onu da qeyd edək ki, dövrün tələblərinə uyğun olaraq jurnalın beynəlxalq saytı, həmçinin DOİ və İSSN-i mövcuddur. 
2017-ci ildə laboratoriyanın əməkdaşları tərəfindən Gənc istedadlar liseyinin müəllim və şagird kollektivi ilə birlikdə “Kitabi-Dədə Qorqud” və Azərbaycan” adlı mövzuya həsr olunmuş elmi seminar keçirilmişdir.
2021-ci ildən etibarən “Dədə Qorqud” ETL-in əməkdaşları Elmi tədqiqatın təşkili  və təhlili haqqında əsasnaməyə uyğun olaraq hər tədris ili mütəmadi olaraq 6 elmi seminar keçirir. 
2023-cü ildə laboratoriyada “Ümummilli lider Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda könüllü tələbələrlə birgə elmi seminar keçirilmişdir. “Dədə Qorqud” milli fondunun prezidenti, “Azərbaycan dünyası” beynəlxalq jurnalının redaktoru Eldar İsmayılov Türk dünyasının ədəbi abidəsi olan eposun genişmiqyaslı tədqiqatlarının nəticəsini, habelə “Dədə Qorqud dünyası” beynəlxalq elmi jurnal vasitəsi ilə dastanın tanıdılmasında görülən işləri nəzərə alaraq “Dədə Qorqud” ETL-ə “Dədə Qorqud Milli Fondu” mükafatını təqdim etmişdir.
2024-cü ildə laboratoriyanın təşkilatçılığı ilə “Kitabi-Dədə Qorqud” dastanının 1325 illiyinə həsr olunmuş “Dədə Qorqud 1325” adlı beynəlxalq konfrans keçirilmişdir. Bu konfransda humanitar fənləri əhatə edən 80-dən çox tezis çap olunmuşdur.
2025-ci ildə “Dədə Qorqud” dünyası beynəlxalq elmi jurnalına Türk Dünyası Araştırmaları Uluslararası İlimler Akademisinin “Dede Korkut” Dünyası Uluslararası Bilimsel dergisi  mükafatı verilmişdir. 2025-cı il tarixində “Dədə Qorqud” laboratoriyasının əməkdaşları ilə Özbəkistan Respublikası Nəvai Dövlət Universitetinin müəllim heyəti arasında elmi görüş keçirilmiş və yeni elmi əlaqələrin yaradılması haqqında fikir mübadiləsi aparılmışdır. 
Bütün bu dövr ərzində laboratoriyanın əməkdaşları elmi fəaliyyətlərini davam etdirmiş və bir çox uğura imza atmışdırlar. Belə ki, laboratoriyanın müdiri Nəbiyeva Almara Vəzir qızının “Azərbaycan dastanlarının inkişaf istiqamətləri (Qarabağ dastançılıq arealı əsasında) mövzusunda yazdığı doktorluq dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir. Həmçinin k.e.i Əzimova Aidə Yaşar qızı “Azərbaycan dramaturgiyasında qadın obrazlarının təkamülü (XIX əsrin 50-ci illərindən XX əsrin 30-cu illərinə qədər)” mövzusunda dissertasiya işini müdafiə etmişdir. K.e.i. Babanlı İlhamə Məhəmməd qızının “Dədə Qorqud” kitabında feil” mövzusunda, laborant Ağayeva Fərqanə Məhəddin qızının “Kitabi-Dədə Qorqud” dastanın dilində köməkçi nitq hissələrinin qrammatik-semantik xüsusiyyətləri” mövzusunda elmi seminarları keçirilmişdir. 

Əlaqə
Bakı Dövlət Universiteti, 1 saylı tədris binası, 1-ci mərtəbə, 102-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412)5390212 /(+99412)5390373 Fax.: [email protected] [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət