Fakültənin son 5 ildə əldə etdiyi elmi nailiyyətlər bir neçə istiqamət üzrə nəzərdən keçirilə bilər:
1. Fakültə əməkdaşlarının beynəlxalq və respublika səviyyəli konqres, qurultay, konfrans və simpoziumlarda uğurlu iştirakı;
2. Fakültədə elmi kadr hazırlığı (magistr, fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktorant və dissertantların hazırlanması).
Fakültəni magistratura səviyyəsi üzrə 2020-ci ildə 38, 2019-cu ildə 44, 2018-ci ildə 34, 2017-ci ildə 33, 2016-cı ildə 51, 2015-ci ildə 39 magistr bitirmişdir.
Hər il AMEA-nın mühüm elmi nəticələrinə aid hesabatında Filologiya fakültəsi əməkdaşlarının monoqrafiyaları da yer alır. Son illərdə - 2019-cu ildə prof.C.Nağıyevin “Qərbi Avropa ədəbiyyatı”, dos.Q.Abdullayevanın “XVII əsr ədəbi dilinin fonetik və leksik norma demokratizmi” və “XVII əsr ədəbi dilinin qrammatik norma demokratizmi”, 2020-ci ildə prof. Cəlil Nağıyevin “Dədə Qorqud, Koroğlu və...” monoqrafiyaları bu siyahıya daxil edilmişdir. Həmçinin:
- 2023-cü ildə Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayeva BDU əməkdaşları arasında keçirilən "İlin alimi" müsabiqəsinin qalibi olub.
- 2022-ci ildə Azərbaycan dilçiliyi kafedrasının professoru Reyhan Həbibli BDU əməkdaşları arasında keçirilən "İlin alimi" müsabiqəsinin qalibi olub.
- 2021-ci ildə Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayeva BDU əməkdaşları arasında keçirilən "İlin alimi" müsabiqəsinin qalibi olub.
- 2021-ci ildə "Türkoloji araşdırmalar" ETL-in kiçik elmi işçisi Pərvin Eyvazov BDU-da 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “İlin gənc alimi” müsabiqəsinin
qalibi olub.