“Türkoloji araşdırmalar” adlı elmi-nəzəri jurnala məqalələr qəbul edilir
26 May 2023 12:18
Bakı Dövlət Universitetinin Türkologiya kafedrası nəzdində Türkoloji araşdırmalar ETL-in təsis etdiyi “Türkoloji araşdırmalar” elmi-nəzəri jurnala məqalələr qəbul edilir.
Məqalələrin qəbulu oktyabrın 1-nə kimi aparılacaq və cari il üçün bir nömrəsi yayımlanacaq.
Jurnala məqalələrin qəbul qaydaları
- Məqalə Azərbaycan, türk, ingilis və rus dillərindən birində yazılmalıdır.
- Araşdırmanın mövzusu türk xalqlarının dilinə, ədəbiyyatına, tarixinə, etnoqrafiyasına və mədəniyyətinə həsr edilməlidir.
- Məqalə ilk dəfə nəşrə təqdim olunmalı, araşdırmanın məzmunu elmi yeniliyivə aktuallığıilə seçilməli, mətn akademik yazı qaydalarına uyğun tərtib edilməli, mətnin strukturu “Giriş”, “Əsas hissə” (paraqraflar şəklində), “Nəticə” hissələrindən ibarət olmalı, ədəbi dil normalarına ciddi əməl edilməli, orfoqrafiyası və üslubu düzgün olmalıdır.
- Mətnin sonunda “İstifadə edilmiş ədəbiyyat” başlığı altında əlifba sırasına uyğun ədəbiyyat siyahısı təqdim edilməlidir. Xarici dillərdə olan mənbələr yalnız latın qrafikası ilə əlifba sırasına uyğun göstərilməlidir. Ədəbiyyat siyahısına yalnız məqalədə istinad olunmuş mənbələrdaxil edilə bilər.
- Məqalənin mətni Times New Roman şrifti ilə, 14 ölçüdə, sətirlərarası interval 1.5, səhifəkənarı ölçülər: yuxarı və aşağı 2, sol 3, sağ 1.5 sm olmaqla yığılmalıdır.
- Məqalənin həcmi mətn, istifadə edilmiş ədəbiyyat siyahısı, açar söz və xülasələrlə birlikdə 10-20 səhifə aralığında olmalıdır.
- Məqalənin əvvəlində mövzunun adı ortadan, böyük hərflərlə və tünd-qara şriftlə yazılmalı; onun altından tünd-qara şriftlə (yalnız ilk hərfləri böyük olmaqla) müəllifin adı, ata adı, soyadı; aşağıdan elmi dərəcəsi və elmi adı kursivlə, aid olduğu təşkilatın adı və elektron poçt ünvanı adi şriftlə qeyd olunmalıdır.
- Müəllifə aid məlumatlardan sonra xülasələr və açar sözlər əlavə edilməlidir. Azərbaycan və türk dillərində yazılan məqalələr üçün həmin dillərdən başqa yalnız ingilis dilində (məqalənin başlığı və müəllifin məlumatları da daxil olmaqla), ingilis və rus dillərində tərtib olunmuş məqalələr üçün isə həmin dillərdən başqa Azərbaycan dilində (məqalənin başlığı və müəllifin məlumatları da daxil olmaqla) xülasə və açar sözlər hazırlanmalıdır. Xülasələrin həcmi 150-250, açar sözlər isə 5-10 söz aralığında olmalıdır. Xülasədə tədqiqatın mahiyyəti, yəni nədən bəhs olunduğu konkret müddəalarla əks olunmalıdır.
- Mətnin içərisindəki istinadlar [Seyidov, 2006: 45] kimi göstərilməli, ədəbiyyat siyahısında mənbələr belə əks olunmalıdır: müəllifin soyadı, adının baş hərfi, kitabın adı, çap olunduğu şəhər, nəşriyyat, il, ümumi səhifə. Məsələn: Əzizov E. Azərbaycan dilinin tarixi dialektologiyası. Bakı: Elm və təhsil, 2016, 348 s.
- Sonda məqaləyə rəy verən alimin adı, soyadı, elmi dərəcəsi və çalışdığı təşkilat qeyd olunmalıdır.
- Təqdim edilən məqalələr redaksiya heyəti tərəfindən dəyərləndiriləcək, göstərilən tələblərə cavab verməyən və plagiat faktı aşkar edilən məqalələr qəbul edilməyəcək.
- Jurnalda məqalələrin çapı ödənişlidir.
- Məqalələri [email protected] elektron poçt ünvanına göndərib 055 465 95 40; 070 342 48 84 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Son XƏBƏRLƏR
17.03.2025 | 17:02
“Müasir Azərbaycan dilində dialoji mətndə sadə cümlə tipləri” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək
17.03.2025 | 16:57
“Azərbaycan dilində keyfiyyət funksional-semantik sahə kimi” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək
14.02.2025 | 13:01