“Azərbaycan filoloji fikrində Qarabağ mövzusu” adlı respublika elmi konfransı keçiriləcək
Bakı Dövlət Universitetinin Filologiya fakültəsi 2022-ci il noyabrın 1-də 44 günlük Vətən müharibəsində qazanılmış Böyük Zəfərin 2-ci ildönümünə həsr olunmuş “Azərbaycan filoloji fikrində Qarabağ mövzusu” adlı respublika elmi konfransını keçirəcək.
Konfransda iştirak etmək istəyənlər məruzələrin tezislərini (300-350 söz həcmində) 01 oktyabr 2022-ci il tarixi saat 17:00-dək təşkilat komitəsinin [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Konfransın istiqamətləri:
- Qarabağ ədəbi-mədəni mühiti
- Qarabağ torpağının yetirdiyi məşhur ədəbi şəxsiyyətlər və onların yaradıcılığı (əsərlərinin ideya-məzmun və dil xüsusiyyətləri
- Qarabağ dialektləri
- Qarabağın onomastikası
- Qarabağ mövzulu ədəbiyat
- Qarabağ mövzulu ədəbiyyatın dili və üslubu.
Konfransın işçi dilləri: Azərbaycan, türk, rus və ingilis dilləri.
Konfransın təqvimi:
- Tezislərin göndərilməsi üçün son tarix - 01oktyabr 2022-ci il.
- Qəbul olunmuş tezislərin elan edilməsi - 15 oktyabr 2022
- Məruzələrin tam mətnlərinin göndərilməsi üçün son tarix – 10 noyabr 2022-ci il.
Məruzə tezislərinin tərtib olunma qaydaları. Mətn Microsoft Word for Windows redaktorunda Times New Roman şriftilə (hərflərin ölçüsü – 12, interval – 1,5) A4 formatında yığılmalıdır;
- Tezislər 300-350 söz həcmində olmalıdır.
- Mətnin əvvəlində tezisin adı, onun altında tədqiqatçının soyadı, adı və atasının adı, onun altında isə ali təhsil müəssisəsinin və ya təşkilatın adı yazılmalıdır.
- Tezisin əsas məzmununu əhatə edən 5 açar söz verilməlidir.
Məruzədə istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr bu qaydada göstərilməlidir:
- Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilməli;
- İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilməli;
- Ədəbiyyatın siyahısı AAK-ın tələbləri əsasında göstərməli;
- İstinad olunan ədəbiyyatın nömrəsi və səhifəsi mətnin içində göstərilməlidir (Məsələn, [2, 222]).
Məruzə tezisinin sonunda onun yazıldığı dildən başqa bir dildə (Azərbaycan dilində yazılmış məruzələr üçün ingilis dilində, rus və ingilis dillərində yazılmış məruzələr üçün isə Azərbaycan dilində) xülasə və açar sözlər verilməlidir. Doktorant və magistrlərin məruzələrinə müvafiq sahə üzrə elmi dərəcəsi olan bir mütəxəssisin və ya doktorantın (magistrantın) elmi rəhbərinin rəyi əlavə olunmalıdır. Konfransa təqdim edilən məruzədə problemin aktuallığı və müəllif tərəfindən aparılmış tədqiqatın nəticələri əks olunmalıdır. Yuxarıda sadalanan şərtlərə uyğun gəlməyən məruzələr Təşkilat komitəsi tərəfindən qəbul edilməyəcək.
Tezislər [email protected] e-mail ünvanına göndərilməlidir (Mövzu (Subject) bəndində tezisin hansı bölməyə təqdim olunduğu qeyd olunmalıdır, məsələn: Qarabağ ədəbi-mədəni mühiti bölməsinə və s).
Konfransın keçiriləcəyi yer və əlaqə:
Bakı Dövlət Universiteti
AZ1148, Z.Xəlilov küç., 33.
1 saylı tədris binası, Filologiya fakültəsi
Tel: (+99412) 5390373
Mob: (+99451) 610 53 79; 055-465-95-40
E-poçt: [email protected]