8 Noyabr – Zəfər Gününə həsr olunmuş esse müsabiqəsi
Bakı Dövlət Universitetinin Filologiya fakültəsi Tələbə Elmi Cəmiyyəti “Ordumuzun Zəfəri - Dilimizin Zəfəri” adlı esse müsabiqəsi elan edir.
Müsabiqə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin tələbələri arasında keçirilir.
Təqdim olunan esselərin mətnləri 750-1000 söz həcmində (3-4 səh), “A4” formatda, Times New Roman şrifti ilə, 14 ölçüdə, sətirlərarası interval 1.5, səhifəkənarı ölçülər 2 sm olmaqla hazırlanmalıdır.
Mətnin əvvəlində essenin adı (ortadan) böyük hərflərlə və tünd qara şriftlə yazılmalıdır.
Essenin adının altında tünd-qara şriftlə (yalnız ilk hərfləri böyük olmaqla) müəllifin adı, soyadı, atasının adı; aşağı hissədən işlədiyi və ya təhsil aldığı müəssisə, ixtisası, kursu, qrup nömrəsi, vəzifəsi (təhsil pilləsi), əlaqə nömrəsi və mail (elektron poçt/imeyl) ünvanı qeyd olunmalıdır.
I, II və III yerin sahibləri diplom və müxtəlif kitab hədiyyələri ilə təltif olunacaq.
Esselərin son göndərilmə tarixi: 01.11.2023
Esselərin göndəriləcəyi ünvan: [email protected]
Əlaqə: +994 55 213 72 31