QISA BİOQRAFİK MƏLUMAT
1970-ci il martın 14-də Bakı şəhərində anadan olub.
1977-1987-ci illərdə Bakı şəhəri 132 saylı məktəbdə təhsil alıb və oranı qızıl medalla bitirib.
1987-1992-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb və oranı “Filoloq, Azərbaycan dili və ədəbiyyatı müəllimi” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
1992-ci ildən BDU-da çalışır.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1994-1998-ci illərdə BDU-nun Azərbaycan dilçiliyi kafedrasının qiyabi aspirantı olub.
2014-cü ildə „Azərbaycan dilində qoşa sözlər və onların linqvopoetik xüsusiyyətləri “ mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2019-cu ildən Azərbaycan dilçiliyi kafedrasının elmlər doktoru proqramı üzrə doktorantı. “Müstəqillik dövrü Azərbaycan ədəbi dilinin inkişaf istiqamətləri” mövzusu üzərində işləyir.
ƏMƏK FƏALİYYƏTİ
1992-1994-cü illərdə BDU-nun Azərbaycan dilçiliyi kafedrasında baş laborant
1994-1996-cı illərdə BDU-nun Azərbaycan dilçiliyi kafedrasının nəzdindəki Azərbaycan dilinin tətbiqi məsələləri ETL-də kiçik elmi işçi
1996-2008-ci illərdə BDU-nun Azərbaycan dilçiliyi kafedrasında müəllim
2008-2018-ci illərdə BDU-nun Azərbaycan dilçiliyi kafedrasında baş müəllim
2018-ci ildən BDU-nun Azərbaycan dilçiliyi kafedrasında dosent əvəzi
2019-cu ildən BDU-nun Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini
TƏDQİQAT SAHƏSİ
Müasir Azərbaycan dilinin leksik və qrammatik sistemi
Azərbaycan dilinin üslubiyyatı və linqvopoetikası
İŞTİRAK ETDİYİ KONFRANSLAR VƏ TƏLİMLƏR
1998, Bakı, Azərbaycan; Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri V Respublika elmi-nəzəri konfransı
2000, Bakı, Azərbaycan; Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri VII Respublika elmi-nəzəri konfransı
2002, Bakı, Azərbaycan; AMEA-nın müxbir üzvü, prof. A.A.Axundovun 70 illik yubileyinə həsr olunmuş elmi konfrans
2006, Bakı, Azərbaycan; AMEA-nın müxbir üzvü, prof. T.İ.Hacıyevin 70 illik yubileyinə həsr olunmuş ”Filologiyanın aktual problemləri” mövzusunda elmi-nəzəri konfrans
2011, Bakı, Azərbaycan; Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Müasir Azərbaycan filologiyası: axtarışlar, problemlər, perspektivlər” mövzusunda Respublika elmi konfransı
2011, Bakı, Azərbaycan; Abbas Zamanovun 100 illik yubileyinə həsr olunmuş ”Müasir Azərbaycan filologiyası: axtarışlar, problemlər, perspektivlər” Respublika elmi konfransı
2012, Санкт-Петербург, Россия; Международная научная конференция “Филологические науки в России и за рубежом”
2013, Bakı, Azərbaycan; Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfransı
2013, Bakı, Azərbaycan; F.Köçərlinin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı
2014, Bakı, Azərbaycan; Azərbaycanşünaslığın aktual problemləri – Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş V Beynəlxalq elmi konfrans
2015, Bakı, Azərbaycan; “Kitabi-Dədə Qorqud”un tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans
2017, Bakı, Azərbaycan; Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş II Beynəlxalq elmi konfrans
2018, Balıkesir, Türkiyə; Türkküm – 2018 - Uluslararası Türk Kültürü ve Medeniyeti Kongresi (sertifikat)
2019, Bakı, Azərbaycan; BDU-nun Filologiya fakültəsinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyasının inkişafında Bakı Dövlət Universitetinin rolu” mövzusunda beynəlxalq elmi konfrans.
2019, İzmir, Türkiyə; Uluslararası 30 Ağustos Bilimsel Araştırmalar sempozyumu (28-31 avqust) (sertifikat).
2019, Bakı, Azərbaycan; XIV Beynəlxalq Böyük Türk Dili Qurultayı (26-27 sentyabr) (sertifikat).
2019, Ankara, Türkiyə; „Qutadqu Bilik və Türk Dünyası“ beynəlxalq simpoziumu (02-05 oktyabr) (sertifikat).
İCTİMAİ FƏALİYYƏTİ
2015-2018-ci illərdə DİM-də magistratura səviyyəsi üzrə ekspert
2017-ci ildən Bilik Fondunun “Ekran və efirdə ədəbi dil normaları” layihəsinin təlimçisi
2017-2018 –ci illərdə MTRŞ- nin “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” layihəsi üzrə monitorinq qrupunun üzvü
2019-cu ildən BDU-nun Filologiya fakültəsi Elmi Şurasının üzvü.