ANAR TOFİQ OĞLU FƏRƏCOV

ANAR TOFİQ OĞLU FƏRƏCOV

ANAR TOFİQ OĞLU FƏRƏCOV

Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini

Tel.: (012) 539 03 73

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

1989-cu il mayın 1-də Lənkəran rayonunun Günəhir kəndində  anadan olub.

1995-2006-cı illərdə Lənkəran rayonu Günəhir kənd orta məktəbində təhsil alıb.

2006-2010-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavriatura pilləsində təhsil alıb.

2010-2011-ci illərdə hərbi xidmətdə olub.

2011-2013-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin magistratura pilləsində təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib.

2012-ci ildən Bakı Dövlət Universitetində çalışır. 

ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

2014-2018-ci illərdə BDU-nun Ümumi dilçilik kafedrasının “Dil nəzəriyyəsi” ixtisası üzrə doktorantı olub.

2022-сi ildə AMEA Nəsimi adına Dilçilik İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında "Dil nəzəriyyəsi" ixtisası üzrə "Dilin sosial difersiallaşması" mövzusunda dissertasiya işi müdafiə edib. 

ƏMƏK FƏALİYYƏTİ

2012-2013-cü illərdə BDU-nun «Türkoloji araşdırmalar» ETL-də laborant.

2013-2018-ci  illərdə BDU-nun «Türkoloji araşdırmalar» ETL-də böyük laborant.

2014-cü ildən  BDU-nun Filologiya fakültəsində  saathesabı müəllim.

2017-ci ildən BDU-nun SABAH qruplarında müəllim.

2018-2019-cu illərdə  BDU-nun «Türkoloji araşdırmalar» ETL-in kiçik elmi işçisi.

2019-cu ildən BDU-nun Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini.

2019-cu ildən BDU-nun Ümumi dilçilik kafedrasının müəllimi.

TƏDQİQAT SAHƏSİ

Dil nəzəriyyəsi

Sosiolinqvistika

Azərbaycan dilçiliyi

2008, Bakı, Azərbaycan. Bakı Dövlət Universitetində keçirilən Ümummilli Lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş  elmi konfrans.

2012, Bakı, Azərbaycan. Bakı Dövlət Universitetində keçirilən Böyük şair və dramaturq Hüseyn Cavidin  130 illik yubileyinə həsr olunmuş Respublika Elmi Konfrans.

2012, Bakı, Azərbaycan. Bakı Slavyan Universitetində keçirilən Dünya azərbaycanlılarının həmrəyıliyi gününə həsr olunmuş “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda tələbə və magistrantların Respublika Elmi-Praktik Konfrans.

2013, Bakı, Azərbaycan. Bakı Dövlət Universitetində keçirilən Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda elmi-nəzəri konfrans.

2013, Bakı, Azərbaycan. Bakı Dövlət Universitetində keçirilən Böyük dilçi alim, ədib, professor Bəkir Çobanzadənin  anadan olmasının 120 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda elmi-nəzəri konfrans.

2013, Bakı, Azərbaycan. Bakı Dövlət Universitetində keçirilən Görkəmli maarifçi, pedaqoq, ədəbiyyatşünas və publisist Firudun bəy Köçərlinin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş Republika elmi konfrans.

2013, Bakı, Azərbaycan. Bakı Slavyan Universitetində keçirilən Magistrantların Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Humanitar elmlərin aktual problemləri” mövzusunda  II Beynəlxalq Elmi Konfrans.

2014, Bakı, Azərbaycan. Bakı Dövlət Universitetində keçirilən “Azərbaycan filologiyasının aktual məsələləri” mövzusunda Respublika elmi-nəzəri konfrans.

2015, Bakı, Azərbaycan. Bakı Dövlət Universitetində  Bəxtiyar Vahabzadənin 90 illik  yubileyi  ilə əlaqədar olaraq keçirilən “Bəxtiyar Vahabzadə və Azərbaycan filologiyasının aktual məsələləri” mövzusunda Beynəlxalq elmi konfrans.

2016, Bakı, Azərbaycan. Bakı Dövlət Universitetində Akad. Tofiq Hacıyevin 80 illik  yubileyi  ilə əlaqədar olaraq keçirilən “Azərbaycan filologiyası: inkişafın yeni mərhələsi” mövzusunda Respublika elmi konfrans.

2016, Bakı, Azərbaycan. Bakı Dövlət Universitetində keçirilən I Bakı Türkoloji Qurultayının 90 illik yubileyinə həsr olunmuş “Müasir türkologiya: dünən, bu gün və sabah” mövzusunda Respublika elmi konfransı

2016, Bakı, Azərbaycan. Qafqaz Universitetində keçirilən Ümummilli Lider Heydər Əliyevin 93 illik yubileyinə həsr olunmuş Gənc tədqiqatçıların IV Beynəlxalq  elmi konfransı.

2017, Bakı, Azərbaycan. “Azərbaycanda islam həmrəyliyi: islam dəyərləri və Azərbaycan gəncliyi” mövzusunda Respublika elmi-nəzəri konfransı.

2017, Malatya, Türkiyə. IX Uluslararası Dünya Dili Türkcə Simpoziumu (02-05 noyabr).

2017, Sabah Qrupları müəllimləri üçün təşkil olunmuş “MÜASİR MÜƏLLİMİN FƏRDİ İŞÇİ PLANININ (SYLLABYS) TƏRTİBİ” təlimində uğurla iştirak etmişdir.

2018, Bakı, Azərbaycan. Bakı Dövlət Universitetində keçirilən görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlalın 110 illiyinə həsr olunmuş Respublika elmi nəzəri konfrans.

2018, Bakı, Azərbaycan. Bakı Dövlət Universitetində keçirilən Bəkir Çobanzadə - 125 “Azərbaycan dili: dünən və bu gün” mövzusunda Beynəlxalq elmi konfrans.

2018, Ankara, Türkiyə. Bilkənd Universitetində “Türkçe-Edebiyat Öğretimi Metot ve Teknikleri Kursu”nda iştirak edib və sertifikata layiq görülüb.

2018, Bakı, Azərbaycan. Böyük Azərbaycan şairi və dramaturqu, Görkəmli dramaturq Hüseyn Cavidin 135 illiyinə həsr olunmuş “Hüseyn Cavid və çağdaş Azərbaycan filologiyası”  Respublika elmi konfrans.

2019, Bakı, Azərbaycan. BDU-nun Filologiya fakültəsinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyasının inkişafında Bakı Dövlət Universitetinin rolu” mövzusunda beynəlxalq elmi konfrans.

ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ

 

Əlaqə
Bakı Dövlət Universiteti, 1 saylı tədris binası, 1-ci mərtəbə, 102-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412)5390212 /(+99412)5390373 Fax.: [email protected] [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət