"Dədə Qorqud dünyası" elmi-nəzəri jurnalı

“Dədə-Qorqud dünyası” adlı elmi-nəzəri jurnalı Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının nəzdində fəaliyyət göstərən “Dədə Qorqud” ETL tərəfindən nəşr olunur. “Dədə-Qorqud dünyası” adlı elmi jurnalı beynəlxalq standartların tələblərinə  uyğun olaraq  (İSSN: 2791-3732 və https://dqd.az)  öz fəaliyyətini davam etdirir. "Dədə Qorqud" ETL-sı "Crossref" təşkilatının üzvü olduğu üçün jurnalda çap olunan məqalələrə, konfrans materialları və tezis toplularına DOI: 10.36719 təyin edilir. Müəlliflərə "Dədə Qorqud" ETL-sı tərəfindən Beynəlxalq Sertifikat verilir. Jurnalın yeni sayına məqalələr yalnız Azərbaycan və ingilis dillərində yeni nümunəyə əsasən qəbul ediləcək.

Jurnalın istiqamətləri:

  • Folklorşünaslıq
  • Ədəbiyyatşünaslıq
  • Dil və nəzəri məsələlər
  • Etnoqrafiya

Məqalənin tərtibinə aşağıdakı tələblər qoyulur:
•    Məqalə formatı: Məqalə A4 formatında, 14 ölçüdə, 1,5 sətirarası məsafə ilə Times New Roman şriftlə yazılmalı, səhifənin aşağı, yuxarı, sağ-sol tərəflərində 2 sm boş məsafə buraxılmalıdır. 8-25 səhifə arası olmalıdır. Müəllifin adı və soyadı (məs.: Yusif Babayev), çalışdığı müəssisənin adı tam şəkildə, elmi dərəcəsi, elektron poçt ünvanı və telefon nömrəsi məqalənin başlığından əvvəl sağ tərəfdə yazılmalıdır. Təhsilini davam etdirən müəllif, təhsil pilləsinə uyğun olaraq, bakalavriat, magistrant və ya doktorant olduğunu qeyd etməlidir. Hazırda təhsil almayan və çalışmayan müəllif yalnız yaşadığı şəhər və ölkə adını qeyd etməlidir.
•    Xülasə: 150-250 sözdən ibarət olmaqla Azərbaycan və ingilis dillərində yazılmalıdır.
•    Açar sözlər: 5 sözdən az olmayaraq Azərbaycan və ingilis dillərində yazılmalıdır.
•    Giriş
•    Tədqiqat
•    Nəticə
•    Ədəbiyyat: Ədəbiyyat siyahısı 8 mənbədən çox olmaqla əlifba sırası ilə yazılmalıdır. Məqalədə istinad olunan mənbələr Azərbaycan və ingilis dillərindədirsə, həmin dillərdə yazılmalı, digər dillərdə olarsa, latın qrafikasına transliterasiya edilməlidir. 

Əlavə məlumat üçün: https://dqd.az 
E-mail: dedeqorqud.dunyasi@gmail.com; info@dqd.az 
Əlaqə telefonu: +994702251869; +994125390929

Juranlın nəşr olunmuş sayları:

2021- 1 (3); 2022 - 1 (4); 2022 - 2 (5);

Əlaqə
Bakı Dövlət Universiteti, 1 saylı tədris binası, 1-ci mərtəbə, 102-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412)5390212 /(+99412)5390373 Fax.: filologiya@bsu.edu.az filologiya@bsu.edu.az Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət