QISA BİOQRAFİK MƏLUMAT
1979-ci il oktyabrın 22-də Göyçay rayonunda anadan olub.
1986-1997-ci illərdə Göyçay rayonu E.Seyidov adına Ulaşlı-Şıxlı kənd orta məktəbində təhsil alıb.
1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr pilləsində “Filologiya-Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib.
2001-2003-cü illərdə Bakı Dövlət Universitetinin magistratura pilləsində “Ədəbi tənqidin nəzəriyyəsi və tarixi” ixtisası üzrə təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
2005-2008-ci illərdə BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının əyani doktorantı olub.
2010-cu ildə «Azərbaycan Cümhuriyyətinin bədii nəsrdə təcəssümü» mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
ƏMƏK FƏALİYYƏTİ
2003-2005-ci illərdə Göyçay rayonu E.Seyidov adına Ulaşlı-Şıxlı kənd orta məktəbində dil-ədəbiyyat müəllimi.
2013-cü ildən BDU-nun «Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə» ETL-də elmi işçi.
TƏDQİQAT SAHƏSİ
Müasir Azərbaycan ədəbiyyatı
Azərbaycan mühacirət ədəbiyyatı
İŞTİRAK ETDİYİ KONFRANSLAR , KEÇDİYİ KURSLAR, TRENİNQLƏR
2013, Bakı, Azərbaycan. F. Köçərlinin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.
2014, Bakı, Azərbaycan. İ. Əfəndiyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.
2015, Bakı, Azərbaycan. B. Vahabzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans.
2016, Bakı, Azərbaycan. I Türkoloji qurultayın 90 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.