MƏHİN MƏMMƏD qızı QULİYEVA

MƏHİN MƏMMƏD qızı QULİYEVA

MƏHİN MƏMMƏD qızı QULİYEVA

“Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-in elmi işçisi, fil.f.d.

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

  • 1955-ci ildə fevralın 8-də Neftçala rayonunda anadan olub.
  • 1962-1972-ci illərdə Neftçala rayonu 1 nömrəli orta məktəbdə təhsil alıb.
  • 1973-cü ildə M.F. Axundov adına Rus dili və ədəbiyyatı İnstitutuna daxil olub 1977-ci ildə bitirib.
  • 2023-cü ildən Filologiya fakültəsi Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə ETL-də elmi işçi.

ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

  • 1983–1988-ci illərdə AMEA-nın I. Nəsimi adına Dilçilik Institutunun Lüğət və terminologiya şöbəsinin dissertantı olub.
  • 1994-cü ildə “Azərbaycan dilində eyniköklü sinonimlər” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi alıb.

ƏMƏK FƏALİYYƏTİ

  • 1977-80-cı illərdə Neftçala rayonunda Rus dili və ədəbiyyatı müəllimi işləyib.
  • 1980-1996-cı illərdə AMEA-nın İ. Nəsimi adına Dilçilik İnstitutunun Lüğət və terminologiya şöbəsində kiçik elmi işçi vəzifəsində işləyib və həmin şöbənin dissertantı olub.
  • 1996-cı ildən Bakı Dövlət Universitetində çalışır.
  • 1996-2008-ci illərdə Aspirantura və doktorantura şöbəsində metodist.
  • 2008-2017-ci illərdə Tədris şöbəsində baş metodist.
  • 2017-2023-cü illərdə Keyfiyyətin təminatı və monitorinq şöbəsində baş mütəxəssis.
  • 2023-cü ildən BDU-nun Filologiya fakültəsinin “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL- də elmi işçi.

ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ
Məqalələr

  • Eyniköklü sinonimlərin nitqdə işlənməsi, Azərbaycan nitq mədəniyyəti problemlərinə həsr olunmuş elmi konfransın materialları. ADPİ, Bakı, 1988,s.128-129.
  • Sinonim, dublet, variant haqqında. Azərbaycan terminologiyası problemlərinə həsr olunmuş elmi konfransın materialları. ADPİ, Bakı, 1988,s.126-128.
  • Sinonim antroponimlər. Azərbaycan onomastikası problemlərinə həsr olunmuş III elmi-nəzəri konfransın materialları/ 28-29mart 1990-cı il /, Bakı, 1990, s. 29-30.
  • Azərbaycan  dilində  eyniköklü  ismi sinonimlər. Azərbaycan dilçiliyinin    aktual problemləri. Gənc dilçilərin respublika konfransının materialları /25-26 noyabr,1989-cu il /, Bakı, “Elm”, 1989, s. 15-16
  • Контекстуальнo-стилистические особенности глагольных синонимов. Актуальные проблемы азербайджанского языкознания. Материалы республиканской конференции молодых языковедов, 25–26 ноября, 1989, с.91-93.
  • Eyniköklü sinonimlik. Azərbaycan dili müasir mərhələdə. Gənc dilçilərin II respublika konfransının materialları. Bakı, “Elm”, 1990, s.18-20.
  • Eyniköklü sinonimlərin qrammatik sinonim, variant və dubletlərə münasibəti.” Dil, etnos və etnonimiya”,”Örnək”,1994,s.102-103.

ELMİ-PEDAQOJİ NAİLİYYƏTLƏRİ, TƏLTİFLƏRİ, MÜKAFATLARI, FƏXRİ ADLARI 

  • 2000-ci ildə BDU-da İşdə səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif edilib.
  • 2005-ci ildə BDU-da İşdə səmərəli fəaliyyətinə görə Təşəkkür və mükafat alıb.
  • 2019-ci ildə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” Azerbaycan Respublikasının yubileymedalı ilə təltif edilib.
Əlaqə
Bakı Dövlət Universiteti, 1 saylı tədris binası, 1-ci mərtəbə, 102-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412)5390212 /(+99412)5390373 Fax.: [email protected] [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət