QISA BİOQRAFİK MƏLUMAT
- 1987-ci il oktyabrın 30-də Ermənistan SSRİ Dərələyəz mahalı Yexeqnadzor rayonunun Çivə kəndində anadan olub.
- 1994-2005-ci illərdə Bakı şəhəri Nəsimi rayonu Mehdi Hüseynzadə adına 19 saylı orta məktəbdə təhsil alıb.
- 2005-2009-cu illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr pilləsində təhsil alıb.
- 2009-2011-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin magistratura pilləsində təhsil alıb və fərqlənmə diplomu ilə bitirib.
- 2012-ci ildən BDU-da çalışır.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 2011-2014-cü illərdə BDU-nun Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının əyani doktorantı olub.
- 2014-cü ilin sentyabr ayının 17-də “Fikrət Sadığın poetik üslubu” adlı dissertasiya işi kafedra müzakirəsindən keçərək, BDU-nun nəzdində fəaliyyət göstərən Müdafiə Şurasına təqdim olunub.
- 2015-ci ilin aprel ayının 9-da mövcud dissertasiya BDU-nun nəzdində fəaliyyət göstərən Müdafiə Şurasının təşkil etdiyi Elmi Seminarda müzakirə olunaraq müdafiəyə tövsiyə olunub.
- 2016-ci ilin yanvar ayının 22-də “Fikrət Sadığın poetik üslubu” adlı dissertasiya işini BDU-nun nəzdində fəaliyyət göstərən D.02.181 Müdafiə Şurasının iclasında müdafiə edib və 5706.01 – Azərbaycan ədəbiyyatı ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi adını alıb.
ƏMƏK FƏALİYYƏTİ
- 2012-2013-cü illərdə ADU-nun Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında saathesabı müəllim.
- 2013-2014-cü illərdə ADRA-nın Xarici tələbələrin hazırlıq qrupunda saathesabı müəllim.
- 2013-cü ildən BDU-nun Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının laborantı və saathesabı müəllimi.
- 2015-2018-ci illərdə BDU-nun SABAH qrupları Azərbaycan ədəbiyyatı ixtisası üzrə saathesabı müəllim.
TƏDQİQAT SAHƏSİ
- Azərbaycan ədəbiyyatı tarixi
- Müasir ədəbi proses
- Müasir Azərbaycan poeziyası
İŞTİRAK ETDİYİ KONFRANSLAR VƏ TƏLİMLƏR
- 20-21 may 2010, Bakı, Azərbaycan. BDU. Prof. Cəfər Xəndan Hacıyevin 100 illik yubileyinə həsr olunmuş elmi-nəzəri konfrans.
- 20 dekabr 2010, Bakı, Azərbaycan. BDU. “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda elmi-praktik konfrans.
- 26-27 aprel 2011, Bakı, Azərbaycan. BSU. Humanitar elmlərin aktual problemləri mövzusunda magistrantların I Beynəlxalq elmi konfransı.
- 18-19 may 2011, Bakı, Azərbaycan. BDU. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş elmi-nəzəri konfrans.
- 25-26 may 2011, Bakı, Azərbaycan. SDU. Magistrantların XI Respublika elmi konfransı.
- 9 iyun 2011, Bakı, Azərbaycan. NDU. Magistrantların III regional elmi konfransı.
- 14-15 noyabr 2011, Bakı, Azərbaycan. BDU. Abbas Zamanovun 100 illik yubileyinə həsr olunmuş “Müasir Azərbaycan filologiyası: axtarışlar, problemlər, perspektivlər” mövzusunda Respublika elmi konfransı.
- 16 dekabr 2011, Bakı, Azərbaycan. BSU. “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda elmi-praktik konfrans.
- 2013, Bakı, Azərbaycan. AMİU. Doktorantların və gənc tədqiqatçıların XVII Respublika elmi konfransı.
- 26-27 aprel 2013, Bakı, Azərbaycan. Qafqaz Univ. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş gənc tədqiqatçıların I Beynəlxalq elmi konfransı.
- 8 may 2013, Bakı, Azərbaycan. BDU. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş filologiyanın aktual problemləri mövzusunda elmi-nəzəri konfrans.
- 25-26 noyabr 2013, Bakı, Azərbaycan. BDU. F.Köçərlinin 150 illik yubileyinə həsr edilmiş Respublika Elmi konfransı.
- 19-20 dekabr 2013, Bakı, Azərbaycan. ADU. Doktorantların və gənc tədqiqatçıların XVIII Respublika elmi konfransı.
- 13 dekabr 2013, Bakı, Azərbaycan. BMM. Məmməd Arazın 80 illik yubileyinə həsr olunmuş konfrans.
- 18-19 aprel 2014, Bakı, Azərbaycan. Qafqaz Univ. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illik yubileyinə həsr olunmuş gənc tədqiqatçıların II Beynəlxalq elmi konfransı.
- 7-8 may 2014, Bakı, Azərbaycan. ADU. Xarici dillərin tədrisinin aktual problemlərinə həsr olunmuş Respublika elmi-praktik konfransı.
- 2015, Bakı, Azərbaycan. ADİU. Doktorantların və gənc tədqiqatçıların XIX Respublika elmi konfransı.
- 17-18 aprel 2015, Bakı, Azərbaycan. Qafqaz Univ. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illik yubileyinə həsr olunmuş gənc tədqiqatçıların III Beynəlxalq elmi konfransı.
- 4-13 oktyabr 2015, Bakı, Azərbaycan, Bakı Dövlət Universiteti, Paris-Sarbonne University Abu Dhabi-nin “Communication Management and İnternationalization of Campus” mövzusunda treninq.
- 12-13 sentyabr 2015, Bakı, Azərbaycan, ADA University, Müasir müəllimin fərdi işçi planının (syllabus) tərtibi” təlimi.
- 20-21 aprel 2016, Bakı, Azərbaycan. Qafqaz Univ. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92 illik yubileyinə həsr olunmuş gənc tədqiqatçıların IV Beynəlxalq elmi konfransı.
- 11 iyul 2016, Bakı, Azərbaycan, ADA University, “Tədqiqat metodları” təlimi.
- 17-18 yanvar 2017, Bakı, Azərbaycan, ADA University, “Akademik yazı üslubu: elmi məqalələrin yazılma normaları” təlimi.
- 14-15 may 2018, Bakı, Azərbaycan, ADA University. SABAH qrupları layihəsi, “Elektron lövhədən istifadə qaydaları” təlimi.
- 1 iyun-30 avqust 2019-cu il müddətində Azərbaycan Dövlət Televiziyasında təcrübə kursu keçmiş və buna dair sertifikat əldə etmişdir.
- 17 noyabr 2022-ci il İZ Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinin İncəsənət və Ədəbiyyat Şöbəsi tərəfindən Fikrət Sadığın yaradıcılığına göstərdiyi diqqətə görə “Fikrət Sadıq işığı” adlı mükafata layiq görülüb.
ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ
Kitablar
2018, Azərbaycan ədəbiyyatı (Xarici tələbələrin hazırlıq kursu üçün dərs vəsaiti). Bakı, Elm, 335 s.
Məqalələr
- 20-21 may 2010-cu il, X.R.Ulutürkün yaradıcılığında vətənpərvərlik. / prof. Cəfər Xəndan Hacıyevin 100 illik yubileyinə həsr olunmuş elmi-nəzəri konfransın materialları. Bakı: Bakı Universiteti nəşriyyatı, 528 s., s. 205-213.
- 20 dekabr 2010-cu il, Xəlil Rza Ulutürkün yaradıcılığında Azərbaycan təbiətinin poetik mənzərəsi. / “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda elmi-praktik konfransın materialları. Bakı: Bakı Slavyan Universiteti nəşriyyatı, 247 səh., s. 231-234.
- 26-27 aprel 2011-ci il, X.R.Ulutürkün yaradıcılığına ümumi bir baxış. / Humanitar elmlərin aktual problemləri mövzusunda magistrantların I beynəlxalq elmi konfransının materialları. Bakı, Bakı Slavyan Universiteti nəşriyyatı, 325 səh., s. 118.
- 18-19 may 2011-ci il, X.R.Ulutürkün yaradıcılığında dini motivlər. / BDU-da Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş elmi-nəzəri konfransının materialları. Bakı: Bakı Universiteti nəşriyyatı, 587 səh., s. 130-135.
- 18-19 may 2011-ci il, X.R.Ulutürkün yaradıcılığında Cənubi Azərbaycan mövzusu. / BDU-da Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş elmi-nəzəri konfransının materialları. Bakı: Bakı Universiteti nəşriyyatı, 587 səh., s. s. 135-138.
- 25-26 may 2011-ci il, X.R.Ulutürkün poetik sənətkarlığı. / Magistrantların XI Respublika elmi konfransının materialları. Sumqayıt, Sumqayıt Dövlət Universiteti nəşriyyatı, 670 səh., s. 570-572.
- 9 iyun 2011-ci il, Vətənpərvər şairin azadlıq ideyaları (X.R.Ulutürkün yaradıcılığı haqqında) / Magistrantların III regional elmi konfransının materialları. Naxçıvan, Naxçıvan Dövlət Universiteti nəşriyyatı, 314 səh., s. 94-98.
- 14-15 noyabr 2011-ci il, Şifahi və yazılı ədəbiyyatda, din, təriqət və astronomiyada dörd ünsürə (su, od, yel, torpaq) aid inam haqqında. / Abbas Zamanovun 100 illik yubileyinə həsr olunmuş “Müasir Azərbaycan filologiyası: axtarışlar, problemlər, perspektivlər” mövzusunda Respublika elmi konfransının materialları. Bakı, Bakı Universiteti nəşriyyatı, 774 səh., s. 612-616.
- 16 dekabr 2011-ci il, Həqiri Təbrizinin və Füzulinin «Leyli və Məcnun» əsərlərində sufizm. / “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda elmi-praktik konfransın materialları. Bakı, Bakı Slavyan Universiteti nəşriyyatı, 269 səh., s. 258-260.
- 29 dekabr 2011-ci il, Həmrəylik günümüz (publisistik yazı). Bakı: “Milli birlik” qəzeti. № 11 (54), 24 səh., s. 14.
- 29 dekabr 2011-ci il, “Qaraca qız” real həyatda (esse). Bakı: “Milli birlik” qəzeti. № 11(54), 24 səh., s. 14.
- 2012-ci il, Fikrət Sadığın şeir dünyasına baxış. / Beynəlxalq elmi-nəzəri “Dil və ədəbiyyat” jurnalı. Bakı: Bakı Universiteti nəşriyyatı. № 4 (84). 351 səh., s. 200-203.
- 2013-ci il, Fikrət Sadıq yaradıcılığına ümumi bir baxış. / Doktorantların və gənc tədqiqatçıların XVII Respublika elmi konfransının materialları. Bakı: Az. Memarlıq və İnşaat Universiteti nəşriyyatı, 351 səh, s. 342-343.
- 26-27 aprel 2013-cü il, İşıq, ümid və inam şairi (F.Sadığın yaradıcılığı haqqında). / Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş gənc tədqiqatçıların I Beynəlxalq elmi konfransının materialları. Bakı: Nurlar (Qafqaz Universiteti) nəşriyyatı, 674 səh., s. 483-484.4 may 2013-cü il, İstiqlal şairinin azadlıq eşqi (X.R.Ulutürkün yaradıcılığı haqqında). Bakı: Hərbi and qəzeti. № 17 (477), s. 15.
- 11 may 2013-cü il, İstiqlal şairinin azadlıq eşqi (X.R.Ulutürkün yaradıcılığı haqqında, əvvəlki məqalənin davamı). Bakı: Hərbi and qəzeti. № 18 (478), s. 13.
- 8 may 2013-cü il, Fikrət Sadığın poeziyasında mənəvi-əxlaqi problemlər. / Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş filologiyanın aktual problemləri mövzusunda elmi-nəzəri konfransın materialları. Bakı: Təhsil nəşriyyatı, 709 səh., s. 75-78.
- 7 iyun 2013-cü il, İşıq, ümid və inam şairi – Fikrət Sadıq. /“525-ci qəzet”. Bakı: № 101, s. 7.
- 8 iyun 2013-cü il, Bəxtiyar Vahabzadə - azadlıq və istiqlal şairi. Bakı: Hərbi and qəzeti. № 22 (482), s. 15.
- 25-26 noyabr 2013-cü il, İlk addımın uğuru (F.Sadığın yaradıcılığı haqqında). / F.Köçərlinin 150 illik yubileyinə həsr edilmiş Respublika Elmi konfransın materialları. Bakı: Bakı Universiteti nəşriyyatı, 262 səh., s. 148-152.
- 2013-cü il, Təbiət şeiri və şeirin təbiiliyi (F.Sadığın yaradıcılığı haqqında). / Beynəlxalq elmi-nəzəri “Dil və ədəbiyyat” jurnalı. Bakı: Bakı Universiteti nəşriyyatı. № 4 (88). 361 səh., s. 185-192.
- 13 dekabr 2013-cü il, Məmməd Arazın “Dünya”sı. / Məmməd Arazın 80 illik yubileyinə həsr olunmuş konfransın materialları. Bakı, Kaspi nəşriyyatı, s. 135.
- 19-20 dekabr 2013-ci il. Fikrət Sadığın poeziyasında təbiət lirikasına dair. / Doktorantların və gənc tədqiqatçıların XVIII Respublika elmi konfransının materialları. 2 cilddə. C. 2. Bakı: ADU nəşriyyatı, 500 səh., s. 84-87.
- 2014, Проблема человека и природы в поэзии Фикрета Садыка. / Концептуалные проблемы литературы: художественная когнитивность. Тематический сборник. Выпуск 7. Ростов-на-Дону: 266 стр., с. 76-79.
- 2014-cü il, Ümid doğuran ilk addımlar (F.Sadığın yaradıcılığı haqqında). / Bakı: Elmi Xəbərlər, Azərbaycan Dillər Universiteti nəşriyyatı, N: 1, 428 səh., s. 279-283.
- 2014-cü il, M.Ə.Sabir və Fikrət Sadıq poeziyası. / Beynəlxalq elmi-nəzəri “Dil və ədəbiyyat” jurnalı, № 1 (89). Bakı: Bakı Universiteti nəşriyyatı, 358 səh., s. 245-249.
- 18-19 aprel 2014-cü il, Fikrət Sadığın çap olunmuş son – “Hazırcavab” kitabına dair. / Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illik yubileyinə həsr olunmuş gənc tədqiqatçıların II Beynəlxalq elmi konfransının materialları. Bakı: Nurlar (Qafqaz Universiteti) nəşriyyatı, 668 səh., s. 315-317.
- 7-8 may 2014-cü il. M.Ə.Sabir və Fikrət Sadıq poeziyasının müqayisəsinə dair. / Xarici dillərin tədrisinin aktual problemlərinə həsr olunmuş Respublika elmi-praktik konfransının materialları. Bakı: ADU nəşriyyatı, 454 səh., s. 403-406.
- 2014-cü il. Satirik sözün gücü (F.Sadığın yaradıcılığı haqqında). / “Dil və ədəbiyyat” jurnalı. N: 1 / Bakı: Azərbaycan Dillər Universiteti nəşriyyatı, 2014, 242 səh., s. 197-201.
- 2014-cü il. Fikrət Sadığın fikir dünyasina bir baxış. / AMEA Əlyazmalar İnstitutu. Filologiya Məsələləri. Bakı: Nurlan nəşriyyatı, 440 səh., s. 384-394.
- 2014, Человеческие отношения и образ мира в поэзии Фикрета Садыка. / Гiлея: науковий вiсник. Киïв, Випуск 83 (№ 4), 447 стр., с. 318-322.
- 2014, Националное и общечеловеческое в поэзии. / Вектор науки ТГУ. Россия - № 1 (16). 238 стр., с. 114-116.
- 2015-ci il, Fikrət Sadıq və folklor. / Doktorantların və gənc tədqiqatçıların XIX Respublika elmi konfransının materialları. Bakı: ADİU nəşriyyatı, s. 84-85.
- 30 mart 2015-ci il, Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi ilə bağlı tarixi faktlar. Bakı: Kaspi qəzeti, № 053 (3364), s. 13.
- 4 aprel 2015-ci il, Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi ilə bağlı tarixi faktlar. Bakı: Hərbi and qəzeti, № 12 (577), s. 10.
- 17-18 aprel 2015-ci il, Fikrət Sadıq poetik sözə dair. / Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illik yubileyinə həsr olunmuş gənc tədqiqatçıların III Beynəlxalq elmi konfransının materialları. Bakı: Nurlar (Qafqaz Universiteti) nəşriyyatı, 1510 səh., 889-891.
- 6-8 iyun 2015-ci il, 85 illik yubileyiniz mübarək, Fikrət Sadıq. Bakı: Kaspi qəzeti. Bakı: № 101, s. 18.
- 20-21 aprel 2016-ci il, Musa Yaqubun təbiət şeirləri. / Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92 illik yubileyinə həsr olunmuş gənc tədqiqatçıların IV Beynəlxalq elmi konfransının materialları. Bakı: Nurlar (Qafqaz Universiteti) nəşriyyatı, s. 245.
- 14 may 2016-cı il, Şair portretini tamamlayan poeziya (F.Sadığın yaradıcılığı haqqında). / Bakı, Ədəbiyyat qəzeti, s. 15.
- 26-28 noyabr 2016-cı il, Unudulmaz şair (F.Sadığın yaradıcılığı haqqında). / Bakı: Kaspi qəzeti, № 194 (3727), s. 24.
- 12 yanvar 2022-ci il, Ruha qida verən Xumar sənəti. Bakı: 525-ci qəzet, № 05 (5811), s. 19
- 8 fevral 2022-ci il, Güneyli şairlərin Qarabağ nidası ("Araz şaqqıldayır damarlarımda" şeirlər kitabı haqqında). Bakı: 525-ci qəzet, № 23 (5829), s. 14
İCTİMAİ FƏALİYYƏTİ
- 2022-2023-cü tədris ilində BDU İmtahan sessiyasında kodlaşdırıcı.