QISA BİOQRAFİK MƏLUMAT
- 1932-ci il yanvarın 18-də Naxçıvan şəhərində anadan olub.
- 1939-1946-cı illərdə Bakı şəhəri 13 saylı tam orta məktəbdə təhsil alıb.
- 1946-1951-ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq məktəbində təhsil alıb.
- 1951-1956-cı illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə təhsil alıb.
- 1957-ci ildən BDU-da çalışır.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 1959-1961-ci illərdə Bakı Dövlət Universitetinin aspirantı olub.
- 1963-cü ildə «Ə.Əbülhəsənin bədii nəsri» mövzusunda dissertasiya müdafiə edib və filologiya elmləri namizədi elmi dərəcəsi alıb.
- 1975-ci ildə «Ə.Haqverdiyevin sənətkarlığı» mövzusunda dissertasiya müdafiə edib və filologiya elmləri doktoru elmi dərəcəsi alıb.
- 1977-ci ildə professor elmi adını alıb.
- 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib.
ƏMƏK FƏALİYYƏTİ
- 1957-1959-cu illərdə BDU-nun qiyabi şöbəsində məsləhət məntəqəsinin müdiri.
- 1961-1963-cü illərdə BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında müəllim .
- 1963-1965-ci illərdə BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş müəllim.
- 1965-1978-ci illərdə BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında dosent.
- 1995-2000-ci illərdə BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında müdir.
- 1978-ci ildən Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru.
TƏDQİQAT SAHƏSİ
- Azərbaycan ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid
İŞTİRAK ETDİYİ KONFRANSLAR VƏ TƏLİMLƏR
- 2008, Bakı, Azərbaycan. Bakı Dövlət Universitetində Mir Cəlal Paşayevin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.
- 2011, Bakı, Azərbaycan. Bakı Dövlət Universitetində A.Zamanovun 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.
- 2013, Bakı, Azərbaycan. Bakı Dövlət Universitetində Azərbaycan xalqının ümummilli lideri H.Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş Respublika elmi-nəzəri konfransı.
- 2014, Bakı, Azərbaycan. Bakı Dövlət Universitetində İ.Əfəndiyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.
- 2017, Bakı, Azərbaycan. Bakı Dövlət Universitetində Azərbaycan xalqının ümummilli lideri H.Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş Respublika elmi-nəzəri konfransı.
ELMİ-PEDAQOJİ NAİLİYYƏTLƏRİ VƏ MÜKAFATLARI
- 1991-ci ildə Respublika Dövlət Mükafatına layiq görülüb.
- 2001-ci ildə «Qızıl qələm» mükafatına layiq görülüb.
- 2009-cu ildən Prezident təqaüdçüsüdür.