SƏNAN MƏMMƏDƏLİ OĞLU İBRAHİMOV

SƏNAN MƏMMƏDƏLİ OĞLU İBRAHİMOV

SƏNAN MƏMMƏDƏLİ OĞLU İBRAHİMOV

Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

  • 1959-cu ildə aprelin 18-də Naxçıvan MR Culfa rayonu Ərəzin kəndində anadan olub.
  • 1966-1976-cı illərdə Ərəzin kənd orta məktəbində  təhsil alıb.
  • 1977-1979-cu illərdə  Leninqradda  hərbi xidmətdə olub və Leninqrad aviasiya məktəbini bitirib.
  • 1980-1985-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ali təhsil alıb.
  • 1985-1987-ci illərdə Əfqanıstanda hərbi müşavir-tərcüməçi vəzifəsində çalışıb.
  • 1988-ci ildən BDU-da çalışır.

ELMİ DƏRƏCƏ VƏ  ELMİ ADLARI

  • 1988-1992-ci illərdə BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının qiyabi aspirantı olub.
  • 1992-ci ildə «Suli Fəqih və onun “Yusif və Züleyxa poeması» mövzusunda namizədlik dissertasiyasımüdafiə edib və filologiya elmləri namizədi elmi dərəcəsi alıb.
  • 2008-ci ildə «Klassik poeziyada ideya-mövzu problemləri» mövzusunda doktorluq dissertasiyası müdafiə edib filologiya elmləri doktoru elmi dərəcəsi alıb.
  • 2012-ci ildə professor elmi adı alıb.

ƏMƏK FƏALİYYƏTİ  

  • 1988-1992-ci illərdə BDU-da xarici tələbələrin inspektoru.
  • 1992-1994-cü illərdə Bakı Ali Birləşmiş Komandirlər məktəbində dosent.
  • 1994-2008-ci illərdə  BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında dosent.
  • 2008-ci ildən  BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının  professoru.

TƏDQİQAT SAHƏSİ 

  • Klassik Şərq və Azərbaycan ədəbiyyatı

İŞTİRAK ETDİYİ KONFRANSLAR VƏ TƏLİMLƏR 

  • 2011, Bakı, Azərbaycan. A.Zamanovun 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı. 
  • 2012, Hüseyn Cavidin anadan olmasının 130 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.
  • 2014, Bakı, Azərbaycan. İ.Əfəndiyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.
  • 2014, Türkmənistan, M.Fəraqinin 300 illik yubileyinə həsr olunmuş “Məxtumqulu Fəraqi və ümummilli mədəni dəyərlər” mövzusunda Beynəlxalq elmi konfrans.
  • 2016, Moskva, Rusiya. “Türkologiyanın müasir problemləri” mövzusunda Beynəlxalq elmi-təcrübi konfrans.
  • 2017, Bakı, Azərbaycan. Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinə həsr olunmuş “M.P.Vaqif və müasirlik” mövzusunda Respublika elmi konfransı.

ELMİ-PEDAQOJİ NAİLİYYƏTLƏRİ VƏ MÜKAFATLARI 

  • Hərbi əməliyyatlarda göstərdiyi rəşadətə görə 2 döyüş ordeni, 5 medalla təltif olunmuş  və   hərbi bacarığına görə iki dəfə xüsusi təltifata layiq görülmüşdür.

ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ

 

Əlaqə
Bakı Dövlət Universiteti, 1 saylı tədris binası, 1-ci mərtəbə, 102-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412)5390212 /(+99412)5390373 Fax.: [email protected] [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət