NƏRGİZ ARİF QIZI PAŞAYEVA

NƏRGİZ ARİF QIZI PAŞAYEVA

NƏRGİZ ARİF QIZI PAŞAYEVA

Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri, AMEA-nın həqiqi üzvü

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

  • 13 dekabr 1962-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.
  • 1968-1978-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbdə təhsil alıb. 
  • 1978-1983-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.
  • 1987-ci ildən BDU-da çalışır.

ELMİ DƏRƏCƏ VƏ  ELMİ ADLARI

  • 1983-1987-ci illərdə Bakı Dövlət Universitetinin əyani aspirantı olub.
  • 1987-ci ildə “Sabirin novatorluğu” mövzusunda dissertasiya müdafiə edib və filologiya elmləri namizədi elmi dərəcəsi alıb.
  • 2004-cü ildə “Müasir Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki” (Xalq yazıçısı Elçinin yaradıcılığı əsasında) mövzusunda doktorluq dissertasiyası müdafiə edib və  filologiya
  • elmləri doktoru alimlik dərəcəsi alıb.
  • 2005-ci ildə professor elmi adı alıb.
  • 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib.
  • 2017-ci ildən  AMEA-nın həqiqi üzvüdür.

ƏMƏK FƏALİYYƏTİ  

  • 1987-1994-cü illərdə BDU-nun filologiya fakültəsi Azərbaycan ədəbiyyatı tarixi kafedrasında müəllim, baş müəllim, dosent.
  • 1994-2005-ci illərdə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının “Dil və ədəbiyyat” kafedrasının professoru və kafedra müdiri.
  • 2005-2006-cı illərdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru.
  • 2006-2008-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq əlaqələr üzrə prorektor.
  • 2006-2019-cu illərdə BDU-nun nəzdində fəaliyyət göstərən filologiya elmləri doktoru və fəlsəfə doktoru dissertasiyalarının müdafiəsini keçirən D.02.181 Dissertasiya Şurasının sədri.
  • 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 
  • 2008-ci ildən BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri.
  • 2008-ci ildən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru.             

TƏDQİQAT SAHƏSİ 

  • Azərbaycan ədəbiyyatı tarixi 

İŞTİRAK ETDİYİ KONFRANSLAR VƏ TƏLİMLƏR 

  • 2004, Bakı, Azərbaycan. “Müqayisəli ədəbiyyat” adlı I Beynəlxalq elmi konfrans. 
  • 2006,  Bakı, Azərbaycan. “Əsatir. Millət. Ədəbiyyat“ adlı Beynəlxalq simpozium. 
  • 2006,  Bakı, Azərbaycan. Görkəmli jurnalist, alim və ictimai xadim Nəsir İmanquliyevə həsr edilmiş “Nəsir İmanquliyev – 95” adlı elmi konfrans.
  • 2008,  Bakı, Azərbaycan. Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlalın 100 illik yubileyinə həsr edilmiş “Mir Cəlal – 100” adlı Beynəlxalq elmi konfrans.
  • 2009,  Bakı, Azərbaycan. “Milli geyim və müasir modada ümumilik” adlı Beynəlxalq simpozium.
  • 2009, Moskva, Rusiya Federasiyası. M.V.Lomonosov adına MDU. MDB ölkələri tələbə və gənclər təşkilatları liderlərinin IV Forumu (gənclər siyasəti məsələləri).
  • 2009,  Bakı, Azərbaycan. Görkəmli alim-şərqşünas Aida İmanquliyevanın 70 illik yubileyinə həsr edilmiş “Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr” adlı Beynəlxalq İbn-Ərəbi simpoziumu (eyni zamanda Simpoziumun təşkilatçısı).
  • 2010,  Bakı, Azərbaycan.  “Qloballaşma dövründə mədəniyyətlərin dialoqu” adlı filosofların Beynəlxalq elmi konfransı.
  • 2010, Paris, Fransa.  Əl-Farabi və Avropa İntibahı” adlı Beynəlxalq elmi konfrans.
  • 2011,  Bakı, Azərbaycan. “Multikulturalizm: nailiyyətlər və problemlər” Bakı Beynəlxalq Humanitar Forumu.
  • 2011,  Bakı, Azərbaycan. “Qloballaşma dövründə Azərbaycan jurnalistikası: mənbələr və perspektivlərin icmalı” elmi-praktik konfrans.
  • 2012, Moskva, Rusiya Federasiyası. “Qədim Rus dövlətindən Rusiya Federasiyasınadək: Rusiya dövlətçiliyinin tarixi” Beynəlxalq elmi konfrans.

ELMİ-PEDAQOJİ NAİLİYYƏTLƏRİ VƏ  MÜKAFATLARI 

  • 2008-ci il noyabrın 18-də Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Rusiya Beynəlxalq elmi və mədəni əməkdaşlıq Mərkəzi tərəfindən Rusiya-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərində göstərdiyi xidmətlərə görə  “Dostluqda göstərdiyi xidmətlərə görə” nişanı ilə təltif olunmuşdur.
  • 2009-cu ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
  • 2011-ci ildə Rusiya Federasiyasının Prezidenti D.Medvedevin 20 aprel 483 saylı Sərəncamına əsasən Rusiya-Azərbaycan mədəni əlaqələrinin inkişafında və xaricdə rus incəsənətinin təbliğində göstərdiyi xidmətlərə görə Rusiya Federasiyasının ali dövlət mükafatı ilə –  “Dostluq” ordeni ilə təltif edilmişdir. 
  • 2011-ci ildə Rusiya Federasiyasının Prezidenti D.Medvedev Prezidentin Moskva yaxınlığındakı “Qorki” iqamətgahının Mavi zalında xüsusi xidmətlərinə görə əcnəbi vətəndaşlara ali dövlət mükafatlarının təqdim edilməsinə həsr olunmuş təntənəli mərasimdə  “Dostluq” ordenini şəxsən təqdim etmişdir.
  • 2011-ci ildə Mədəniyyət sahəsində göstərdiyi xidmətlərə görə YUNESKO-nun  “Mədəniyyətlərin müxtəlifliyinə görə” medalı ilə təltif olunmuşdur.
  • 2012-ci ildə Rusiya və Azərbaycanın strateji tərəfdaşlığında humanitar tərkib hissənin möhkəmlənməsinə şəxsi töhfələrinə görə Rusiya Federasiyasının Prezidenti D.Medvedevin Sərəncamı ilə “Dostluq” ordeni ilə təltif edilmişdir. 
  • 2012-ci ildə Macarıstanın Prezidenti Pal Şmidtin 11 mart tarixli Sərəncamı ilə professor Nərgiz Paşayeva Macarıstanın dövlət mükafatı ilə – “Xidmətlərə görə” Komandor xaç ordeni ilə təltif edilmişdir.
  • 2012-ci ildə “Ticarət, kommersiya və sənaye Avropa iqtisadi palatası”nın (“European Chamber of Trade, Commerce and İsndustry – EEİG”) Qızıl ordeni ilə təltif olunmuşdur.
  • 2013-cü ildə Azərbaycan və Fransa əməkdaşlığının inkişafında göstərdiyi aramsız fəaliyyətinə görə zabit dərəcəli “Akademik Palma” fransız ordeni ilə təltif olunmuşdur. 
  • 2015-ci ildə Moskva Dövlət Universitetinin fəxri professoru diplomuna layiq görülüb.
  • 2017-ci ildə müstəqillik illərində Azərbaycanda elm və təhsil sahəsində həyata keçirilmiş mühüm beynəlxalq layihə olan Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsindəki müstəsna xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Qızıl medalına layiq görülmüşdür. 

ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ

 

Əlaqə
Bakı Dövlət Universiteti, 1 saylı tədris binası, 1-ci mərtəbə, 102-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412)5390212 /(+99412)5390373 Fax.: [email protected] [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət