QISA BİOQRAFİK MƏLUMAT
1959-cu il fevralın 23-də Bakı şəhərində anadan olub.
1966-1976-cı illərdə indiki Bakı şəhəri Sabunçu rayonu 213 saylı və 252 saylı məktəblərində təhsil alıb.
1977-1982-ci illərdə BDU-nun Filologiya fakültəsində ali təhsil alıb.
1988-ci ildən BDU-da çalışır.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1992-1995-ci illərdə Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspirantı olub.
1995-ci ildə “Məhəmmədin “Şəhriyar” əsəri” mövzusunda” namizədlik dissertasiyası müdafiə etmiş və filologiya elmləri namizədi elmi dərəcəsi alıb.
2006-cı ildə dosent elmi adı alıb.
ƏMƏK FƏALİYYƏTİ
1982-1987-ci illərdə Bakı şəhəri 78 № li orta məktəbdə müəllim.
1987-1988-ci illərdə Tədris-kurs kombinatında təhsil üzrə müdir yardımçısı, metodist.
1988-1993-cü illərdə BDU nəşriyyatında redaktor.
1993-cü ildən BDU-nun filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş müəllim.
2006-cı ildən BDU-nun filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında dosent.
TƏDQİQAT SAHƏSİ
Azərbaycan bədii nəsri
İŞTİRAK ETDİYİ KONFRANSLAR VƏ TƏLİMLƏR
2011, Bakı, Azərbaycan. Bakı Dövlət Universitetində A.Zamanovun 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.
2013, Bakı, Azərbaycan. Bakı Dövlət Universitetində Azərbaycan xalqının ümummilli lideri H.Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş Filologiyanın aktual problemləri mövzusunda Respublika elmi-nəzəri konfransı.
2014, Bakı, Azərbaycan. Bakı Dövlət Universitetində İ.Əfəndiyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı
2017, Bakı, Azərbaycan. AMEA-nın müxbir üzvü, f.e.d., prof. Ə.Səfərlinin 80 illiyinə həsr olunmuş Respublika elmi konfrans.
2018, Türkiyə Cümhuriyyəti, Konya şəhəri. Mövlana Mübadilə Proqramı çərçivəsində Nəcməddin Ərbakan Universitetində iki həftəlik elmi ezamiyyətdə olub. “Qədim dövr oğuz-səlcuq mədəniyyətində ortaq dəyərlər” mövzusunda mühazirələr oxuyub.