QISA BİOQRAFİK MƏLUMAT
1967-cı il sentyabrın 7-də Bakı şəhərində anadan olub.
1978-1984-cü illərdə Bakı şəhəri Binəqədi rayonu 244 saylı orta məktəbində təhsil alıb.
1984-1989-cu illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.
1989-cu ildən BDU-da çalışır.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1990-1994-cü illərdə BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının əyani aspirantı olub.
1997-ci ildə Hüseyn Cavidin“Topal Teymur“ pyesi mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2008-ci ildə dosent elmi adını alıb.
ƏMƏK FƏALİYYƏTİ
1989-1997-ci illərdə BDU-nun filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında laborant və baş laborant.
1997-2008-ci illərdə Azərbaycan ədəbiyyatı kafedrasında müəllim.
2008-ci ildən Azərbaycan ədəbiyyatı tarixi kafedrasında dosent.
TƏDQİQAT SAHƏSİ
XX əsr Azərbaycan ədəbiyyatı
İŞTİRAK ETDİYİ KONFRANSLAR VƏ TƏLİMLƏR
2003, Bakı, Azərbaycan. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş Respublika elmi-praktik konfransı.
2008, Bakı, Azərbaycan. Prof. M.Cəlal Paşayevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.
2011, Bakı, Azərbaycan. Abbas Zamanovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.
2012, Bakı, Azərbaycan. Hüseyn Cavidin anadan olmasının 130 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.
2013, Bakı, Azərbaycan. Prof. Bəkir Çobanzadənin anadan olmasının 120 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.
2014, Bakı, Azərbaycan. Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.
2015, Bakı, Azərbaycan. Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans.
2016, Bakı, Azərbaycan. akademik Tofiq Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.
ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ