QISA BİOQRAFİK MƏLUMAT
1948-ci ilin iyun ayının 15-də Tovuz rayonunda anadan olub.
1955-1965-ci illərdə Tovuz rayonu Qovlar kənd tam orta məktəbində təhsil alıb və orta məktəbi əla qiymətlərlə bitirib.
1965-1970-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə ali təhsil alıb.
1974-cü ildən Bakı Dövlət Universitetində çalışır.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1977-1982-ci illərdə BDU-nun Müasir Azərbaycan ədəbiyyatı kafedrasının dissertantı olub.
1987-ci ildə “Əyyub Abbasovun yaradıcılıq yolu“ mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2001-ci ildə dosent elmi adını alıb.
ƏMƏK FƏALİYYƏTİ
1970-1971-ci illərdə Azərbaycan Tibb Universitetində laborant.
1971-1974-cü illərdə Qaradağ rayonunun Lökbatan qəsəbəsində 106 saylı orta məktəbdə müəllim.
1974-1981-ci illərdə BDU-nun Jurnalistika fakültəsində Sovet mətbuatının nəzəriyyəsi və tarixi kafedrasında laborant.
1981-1982-ci illərdə BDU-nun Müasir Azərbaycan ədəbiyyatı kafedrasında laborant.
1982-1994-cü illərdə BDU-nun Müasir Azərbaycan ədəbiyyatı kafedrasında baş laborant.
1994-2001-ci illərdə BDU-nun Müasir Azərbaycan ədəbiyyatı kafedrasında müəllim.
2001-2017-ci illərdə BDU-nun Müasir Azərbaycan ədəbiyyatı kafedrasında dosent.
2017-ci ildən BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosentidir.
TƏDQİQAT SAHƏSİ
Müasir Azərbaycan ədəbiyyatının problemləri (nəsr, poeziya, dramaturgiya)
Azərbaycan ədəbiyyatında milli-mənəvi-əxlaqi problemlər və psixologizm
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı
İŞTİRAK ETDİYİ KONFRANSLAR VƏ TƏLİMLƏR
2013, Bakı, Azərbaycan. BDU. Görkəmli dilçi alim, ədib professor Bəkir Çobanzadənin anadan olunmasının 120 illik yubileyinə həsr olunmuş “Bəkir Çobanzadə və türkologiyanın müasir problemləri” mövzusunda Respublika elmi konfransı
2013, Bakı, Azərbaycan. 8 may, M.Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfransı
2014, Bakı, Azərbaycan. BDU. İlyas Əfəndiyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı
2015, Bakı, Azərbaycan. BDU. Pənah Xəlilovun yubileyinə həsr olunmuş “Türk xalqları ədəbiyyatının aktual problemləri” mövzusunda Respublika Elmi konfransı.
2015, Bakı, Azərbaycan. BDU. “Kitabi-Dədə Qorqud” mövzusunda Beynəlxalq elmi konfrans.
2015, Bakı, Azərbaycan. BDU. “Bəxtiyar Vahabzadə və Azərbaycan Filologiyasının aktual problemləri” mövzusunda Beynəlxalq elmi konfrans
2015, İstanbul, Türkiyə. 23-24 ekim. Uluslararası Cocuq və gənclik ədəbiyyatı sempozyumu
2016, Bakı, Azərbaycan. BDU. Birinci Türkoloji Qurultayın 90 illik yubileyinə həsr edilmiş “Müasir türkologiya: dünən, bu gün və sabah (problemlər və perspektivlər)” Respublika elmi konfrans
2016, Bakı, Azərbaycan. BDU. 18-19 may. Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfransı,
2017, Bakı, Azərbaycan. BDU. Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda Respublika elmi konfransı,
2018, Bakı, Azərbaycan. BDU. Mir Cəlalın 110 illiyinə həsr olunmuş Respublika elmi-nəzəri konfransı.
2018, Bakı, Azərbaycan. BDU. 16-17 may. Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfransı,
ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ
HƏQİQƏT NƏBİ QIZI ABDIYEVA
HƏQİQƏT NƏBİ QIZI ABDIYEVA
Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti
Email: [email protected]