QISA BİOQRAFİK MƏLUMAT
1989-cu il fevralın 14-də Bakı şəhərində anadan olub.
1995-2006-cı illərdə Bakı şəhəri Nizami rayonu 12 saylı tam orta məktəbdə təhsil alıb.
2006-2010-cu illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr pilləsini “Azərbaycan
dili və ədəbiyyatı” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
2010-2012-ci illərdə Bakı Dövlət Universitetinin magistratura pilləsini “Azərbaycan dili” ixtisası üzrə
fərqlənmə diplomu ilə bitirib.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
2012-2016-cı illərdə 5716.01-“Azərbaycan ədəbiyyatı” ixtisası üzrə Bakı Dövlət Universitetinin Klassik Azərbaycan ədəbiyyatı kafedrasının qiyabi doktorantı olub.Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycan dramaturgiyasında “atalar və oğullar” problemi (XIX əsrin sonu-XX əsrin əvvəlində)” mövzusunda dissertasiya işi üzərində çalışır.
TƏDQİQAT SAHƏSİ
XIX-XX yüzilliklər Azərbaycan dramaturgiyası
ƏMƏK FƏALİYYƏTİ
2012-ci ildən Azərbaycan ədəbiyyatı tarixi kafedrasında laborant
İŞTİRAK ETDİYİ KONFRANSLAR VƏ TƏLİMLƏR
2012, Bakı, Azərbaycan. “Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda M.Ə.Sabirin 150 illik yubileyinə həsr olunmuş Respublika elmi-nəzəri konfransı.
2013, Bakı, Azərbaycan. Doktorantların və gənc tədqiqatçıların XVIII Respublika elmi konfransı.
2015, Bakı, Azərbaycan. “Kitabi-Dədə Qorqud” və türk dünyası“ mövzusunda “Kitabi-Dədə Qorqud”un tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans.
ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ
Məqalələr
2011, İnternet qəzetlərinin dili // “Filologiya məsələləri”, № 11.
2012, Mətbuat və ədəbi dil normaları / M.Ə.Sabirin 150 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfransının materialları, Bakı, 17-18 may.
2012, Mətbuat dilində terminlər/ “Filologiya məsələləri”, № 7.
2013, “Atalar və oğullar” probleminin bədii ədəbiyyatda təcəssümü / Doktorantların və gənc tədqiqatçıların XVIII Respublika elmi konfransının materialları, 19-20 dekabr 2013-cü il, 2 cilddə, II
cild., s. 80-82.
2014, Qədim və orta əsrlər ədəbiyyatında “atalar və oğullar” problemi / “Dil və ədəbiyyat” beynəlxalq elmi-nəzəri jurnal, № 4 (92), s. 209-212.
2015, “Dədə Qorqud” dastanında atalar və oğullar / “Kitabi-Dədə Qorqud” və türk dünyası” adlı Beynəlxalq elmi konfransın materialları, Bakı, 29 dekabr, 2015, s. 242-246
AYGÜN HİDAYƏT QIZI ZƏKİYEVA
AYGÜN HİDAYƏT QIZI ZƏKİYEVA
Azərbaycan ədəbiyyatı tarixi kafedrasının böyük laborantı, filologiya üzrə fəlsəfə doktoru
Email: [email protected]