“Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” elmi tədqiqat laboratoriyası 1992-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 fevral 1992-ci il tarixli 98 saylı, BDU rektorunun 20.02.1991-ci iltarixli 205 saylı əmrləri ilə yaradılıb. Laboratoriya Azərbaycan ədəbiyyatı tarixi, ədəbi əlaqələr və bədii tərcümə istiqamətlərində elmi tədqiqat işləri aparır.
Laboratoriya həmçinin yüksək səviyyəli tərcüməçilərin yetişməsində, elmi nailiyyətlərin inteqrasiyası dövründə ədəbi əlaqələrin qarşılışlı inkişafına təkan verə biləcək elmi kadrların hazırlanmasında birbaşa iştirak edir.
Laboratoriya əməkdaşları nəşriyyat, arxiv və kitabxanalardan 20 000-ə yaxın göstərici toplayaraq, sistemləşdirmişdir. «Ədəbi əlaqələr və bədii tərcümə» adlı dərs vəsaitinin yenidən təkmilləşdirilmiş variantı çapa hazırlanır.
İstər müasir, istərsə də mühacirət ədəbiyyatı və bədii tərcümə nümayəndələri, onların əsərləri, habelə onlar haqqında yazılan elmi əsərlər haqqında müəyyən bilgi və məlumat əldə etmək üçün laboratoriyanın kataloq bankında toplanan materiallar yetərincədir. Laboratoriyamızın əməkdaşları onlara edilən müraciətlərə mütəxəssis rəyi verirlər. Laboratoriyada hazırlanan «Azərbaycan mühacirət ədəbiyyatı müntəxəbatı» və yenidən təkmilləşməyə cəlb edilən «Əbədi əlaqələr və bədii tərcümə» adlı dərs vəsaitləri isə bu istiqamətdə tədris edilən kurslar üçün nəzərdə tutulmuşdur.
Laboratoriyada yaradılan məlumat bankı müəllim, tələbə və tədqiqatçıların müxtəlif kitabxana və arxivlərdə itirəcəkləri vaxt itkisinin qarşısını almaqla bərabər, onlara mütəxəssis rəyi də verir. Çapa hazırlanan iki dərs vəsaiti isə həmin istiqamətlərdə tədris edilən kurslar, habelə tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.