ETL haqqında

«Azərbaycan dilnin tətbiqi məsələləri» elmi tədqiqat laboratoriyası 6 aprel 1990-cı ildən fəaliyyət göstərir. Laboratoriya “Azərbaycan onomastikasının tətbiqi məsələləri” istiqamətində iş aparır.  Laboratoriyanın tədqiqat problemi «Azərbaycan onomastikasının tətbiqi məsələləri»dir. Həmin problematika çərçivəsində 2005-2009-cu illərdə «Bakının müasir onomastikası» mövzusu araşdırılır. Mövzu ilə bağlı Bakı şəhərinn mövcud onomastik vahidlərinin toplanması, qruplaşdırılması, sistemləşdirilməsi və tətbiqi dilçilik baxımından tədqiqi, bu vahidlərdən istifadənin səviyyəsini, onların Azərbaycan dilinin Dövlət dili statusu baxımından verilən tələblərə uyğunluğunu araşdırmağa, bu sahədə mövcud nöqsan və çatışmazlıqları aşkar etməyə və onların aradan qaldırılması yollarını müəyyənləşdirməyə imkan verir.
 Azərbaycan dili geniş lüğət tərkibinə malik dillərdən biridir. Bu dilin leksik sisteminin istər apelyativ, istərsə də onomastik vahidləri olduqca zəngindir. Dilimizin apelyativ leksik vahidlərinin tədqiqinə xüsusi əhəmiyyət verildiyi halda, zəngin xüsusiyyətlərə malik onomastik vahidlər müəyyən dərəcədə diqqətdən kənarda qalmışdır. Belə ki, bu vahidlərin sosiolinqvistik araşdırılması istər Azərbaycanın, istərsə də Azərbaycan dilinin tarixinin araşdırılması, dövrləşdirilməsi, qədim sərhədlərimizin müəyyənləşdirilməsi, milli adlarn qorunması üçün əvəzsiz mənbədir. Bütün bunlar isə Azərbaycan xalqının soykökünə, tarixinə, məskunlaşdığı coğrafi əraziyə və sosial məişətinə dair mühüm, orijinal qənaətlər əldə edilməsinə imkan yaradır.

Əlaqə
Bakı Dövlət Universiteti, 1 saylı tədris binası, 1-ci mərtəbə, 102-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412)5390212 /(+99412)5390373 Fax.: [email protected] [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət